Putin deyir ki, Ukraynadakı böhran hazırda Ermənistanda baş verənlərə bənzər bir vəziyyətlə başlayıb Ölkə xarici 29/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “Ukraynadakı böhran hazırda Ermənistanda baş verənlərə bənzər bir vəziyyətlə başlayıb”. Bunu Rusiya prezidenti Vladimir Putin Astanaya səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, əgər Ermənistan Avropa İttifaqı standartlarını qəbul etməyə başlasa, obyektiv olaraq onunla inteqrasiyanı dayandırmaq lazım gələcək. Putin Ermənistanın Avropa standartlarına keçidinin Avrasiya inteqrasiyasını obyektiv olaraq qeyri-mümkün edəcəyi barədə xəbərdarlıq edib. O, Ermənistan iqtisadiyyatı üçün nəticələrin son dərəcə ağrılı ola biləcəyini bildirib. “Enerji qiymətlərinin artması ölkənin ÜDM-nin ən azı 14%-nin itirilməsinə səbəb ola bilər və Rusiyadakı Ermənistan vətəndaşları Aİİ daxilində mövcud güzəştlərini itirəcəklər”, – Putin əlavə edib. Rusiya prezidenti miqrantlar üçün adi tələblərin Avrasiya İqtisadi İttifaqından çıxdıqları təqdirdə Ermənistan vətəndaşlarına da şamil ediləcəyini açıqlayıb. Putin Ermənistandan gələn miqrantların da Rusiya ərazisində işləmək üçün patent almasının lazım olacağını bildirib. O qeyd edib ki, Rusiya Ermənistanda Aİ-yə qoşulmaq və ya Avrasiya İqtisadi İttifaqında iştirakını davam etdirməklə bağlı referendumun mümkün qədər tez keçirilməsini istəyir. “Baş nazir Paşinyan özü Ermənistanın Avrasiya İqtisadi İttifaqına, yoxsa Aİ-yə qoşulması ilə bağlı referendum keçirmək istədiyini bildirib. Biz bu referendumun mümkün qədər tez baş tutmasını istəyirdik”, – Putin deyib. Rusiya prezidenti eyni zamanda Ukrayna böhranı ilə müqayisə edərək bildirib ki, ölkənin tədricən Avropa orbitinə geosiyasi çəkilməsi yolu ilə Ermənistan ətrafındakı vəziyyətin oxşar xətt üzrə inkişaf etdiyini bildirib. MənbəAPA TaglarRusiya-ErmənistanVladimir Putin Son xəbərlər Xarici biznes xəbərləri “Temu” təhlükəli malların satışına görə 200 milyon avro cərimələnib 29/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan alüminium məhsullarını Aİ bazarına ixrac etməyə hazırlaşır 29/05/2026 Ölkə xarici Tramp İrandan tələblərini açıqlayıb, son qərarını verəcəyini deyib 29/05/2026 Ölkə xarici İslandiya dünyanın ən bahalı ölkəsi seçildi 29/05/2026 Digər xəbərlər Xarici biznes xəbərləri “Temu” təhlükəli malların satışına görə 200 milyon avro cərimələnib 29/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan alüminium məhsullarını Aİ bazarına ixrac etməyə hazırlaşır 29/05/2026 Ölkə xarici Tramp İrandan tələblərini açıqlayıb, son qərarını verəcəyini deyib 29/05/2026 Ölkə xarici İslandiya dünyanın ən bahalı ölkəsi seçildi 29/05/2026