Azərbaycan alüminium məhsullarını Aİ bazarına ixrac etməyə hazırlaşır Ümumi iqtisadi xəbərlər 29/05/2026 Paylaş FacebookXWhatsAppTelegram “Azəralüminium” MMC hazırda karbon sertifikatının alınması üzərində işləyir. “Azəralüminium” MMC-nin məlumatına görə, Avropa İttifaqı (Aİ) tərəfindən 2026-cı ildən tətbiq edilən Karbon Sərhəd Tənzimləmə Mexanizmi (CBAM) qlobal alüminium sənayesində yeni mərhələnin başlanğıcını bildirir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun məqsədi Aİ-nin iqlim öhdəliklərinin qorunmasıdır. Alüminium CBAM sistemində ən yüksək risk dərəcəsinə malik məhsullar kateqoriyasına aiddir. Buna səbəb isə istehsal prosesində enerjinin əhəmiyyətli dərəcədə istehlak edilməsi və xeyli miqdarda karbon emissiyasının yaranmasıdır: bu metalın 1 tonunun istehsalı 13-15 ton CO₂ emissiyasının yaranmasına səbəb olur. Mexanizm 2026-cı ildə qüvvəyə mindikdən sonra Aİ bazarına alüminium tədarük edən müəssisələr karbon sertifikatlarının alınması prosedurasına və məhsullarının emissiya göstəriciləri üzrə hesabatların hazırlanmasına başlayıblar. “CBAM-ın tələblərinə uyğun olaraq, karbon izini azaltmaq məqsədilə alüminium istehsalında bərpa olunan enerji mənbələrinin istifadəsinin stimullaşdırılması Azərbaycan alüminium məhsullarının beynəlxalq bazarlarda rəqabətqabiliyyətliliyinin artırılmasına töhfə verəcək. Bu eyni zamanda qarşımızda yeni imkanlar açır. Xüsusilə, bərpa olunan enerji sahəsində layihələrin inkişafı “Azəralüminium” üçün Avropa bazarında rəqabət üstünlüyünə çevrilə bilər: hidroenerji resurslarından istifadə hesabına müəssisədə CO₂ emissiyası istehsal olunmuş alüminiumun hər ton üçün 2 tondan çox deyil. Bu baxımdan “Azəralüminium” ixtisaslaşmış şirkətlər və beynəlxalq təşkilatlarla, xüsusilə Dünya Bankı ilə sertifikatlaşdırmadan keçmə, eləcə də müvafiq prosedurların öyrənilməsi məsələlərində əməkdaşlıq edir”, – şirkətin məlumatında bildirilib. Xatırladaq ki, “Azəralüminium” MMC Prezident İlham Əliyevin 2026-cı il aprelin 1-i tarixli “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən ləğv olunan “Azərbaycan Alüminium” ASC-nin bazasında yaradılıb. MənbəREPORT TaglaralüminiumAzəralüminium Son xəbərlər Xarici biznes xəbərləri “Temu” təhlükəli malların satışına görə 200 milyon avro cərimələnib 29/05/2026 Ölkə xarici Putin deyir ki, Ukraynadakı böhran hazırda Ermənistanda baş verənlərə bənzər bir vəziyyətlə başlayıb 29/05/2026 Ölkə xarici Tramp İrandan tələblərini açıqlayıb, son qərarını verəcəyini deyib 29/05/2026 Ölkə xarici İslandiya dünyanın ən bahalı ölkəsi seçildi 29/05/2026 Digər xəbərlər Xarici biznes xəbərləri “Temu” təhlükəli malların satışına görə 200 milyon avro cərimələnib 29/05/2026 Ölkə xarici Putin deyir ki, Ukraynadakı böhran hazırda Ermənistanda baş verənlərə bənzər bir vəziyyətlə başlayıb 29/05/2026 Ölkə xarici Tramp İrandan tələblərini açıqlayıb, son qərarını verəcəyini deyib 29/05/2026 Ölkə xarici İslandiya dünyanın ən bahalı ölkəsi seçildi 29/05/2026