Tramp İrandan tələblərini açıqlayıb, son qərarını verəcəyini deyib Ölkə xarici 29/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ prezidenti Donald Tramp İrandan tələblərini açıqlayıb. O bu barədə “Truth Social” hesabında yazıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Tramp ilkin şərt kimi, İranın heç vaxt nüvə silahına sahib olmamaqla razılaşması önə sürülüb. Bundan başqa, Hörmüz boğazının hər iki istiqamətdə, rüsum tətbiq olunmadan bütün gəmilər üçün açılması, eləcə də dəniz minalarının təmizlənməsi qeyd olunub. O bildirib ki, indiyə qədər ABŞ donanması minaları partlatmaq üsulu ilə təmizləyib, yerdə qalanları isə İran tərəfindən təmizlənməlidir. ABŞ prezidenti qeyd edib ki, şərtlər ödənildikdən sonra, dəniz blokadası ləğv olunacaq və gəmilər öz ölkələrinə qayıda biləcəklər. Bundan başqa, İranın zənginləşdirilmiş uran maddəsi İranla və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə koordinasiya çərçivəsində yerin altınnda saxlanıldığı məkandan çıxarılacaq. “Növbəti xəbərdarlığa qədər heç bir pul mübadiləsi olmayacaq. Daha az əhəmiyyətə malik digər məsələlər üzrə razılığa gəlinib. İndi mən son qərarı vermək üçün iclas otağında olacağam”, – Tramp qeyd edib. MənbəAPA TaglarABŞ-İranDonald Tramp Son xəbərlər Xarici biznes xəbərləri “Temu” təhlükəli malların satışına görə 200 milyon avro cərimələnib 29/05/2026 Ölkə xarici Putin deyir ki, Ukraynadakı böhran hazırda Ermənistanda baş verənlərə bənzər bir vəziyyətlə başlayıb 29/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan alüminium məhsullarını Aİ bazarına ixrac etməyə hazırlaşır 29/05/2026 Ölkə xarici İslandiya dünyanın ən bahalı ölkəsi seçildi 29/05/2026 Digər xəbərlər Xarici biznes xəbərləri “Temu” təhlükəli malların satışına görə 200 milyon avro cərimələnib 29/05/2026 Ölkə xarici Putin deyir ki, Ukraynadakı böhran hazırda Ermənistanda baş verənlərə bənzər bir vəziyyətlə başlayıb 29/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan alüminium məhsullarını Aİ bazarına ixrac etməyə hazırlaşır 29/05/2026 Ölkə xarici İslandiya dünyanın ən bahalı ölkəsi seçildi 29/05/2026