“Temu” təhlükəli malların satışına görə 200 milyon avro cərimələnib Xarici biznes xəbərləri 29/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Avropa İttifaqı (Aİ) Çinin “Temu” şirkətini qeyri-qanuni və təhlükəli malların satışını dayandıra bilməməsinə görə 200 milyon avro məbləğində cərimələyib. “The Guardian” nəşri yazır ki, cərimə qərarı Avropa Komissiyasının 19 aylıq araşdırmasından sonra qəbul edilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Dərc olunmamış araşdırmalar nəticəsində məlum olub ki, şirkətin saytı vasitəsilə uşaq oyuncaqları və elektronika məhsulları da daxil qanunsuz və təhlükəli məhsullar satılır. Avropa Komissiyası həmçinin “Temu”nu öz saytına lazımi səviyyədə nəzarət etmədiyinə görə tənqid edib. Bildirilib ki, saytdakı tövsiyə sistemləri və nüfuzlu şəxslərin reklam aksiyaları qeyri-qanuni məhsulların yayılması risklərini artıra bilər. Qeyd edək ki, 200 milyon avroluq cərimə Aİ-nin Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində tətbiq edilmiş ikinci və indiyədək ən yüksək cərimədir. Belə ki, 2024-cü ilin fevralından qüvvədə olan bu qanun çərçivəsində daha əvvəl İlon Maskın “X” şirkəti 120 milyon avro məbləğində cərimə olunmuşdu. MənbəQAFQAZİNFO TaglarAvropa İttifaqı (Aİ)cəriməTemu Son xəbərlər Ölkə xarici İran danışıqları davam etdirmək üçün ABŞ-dan 12 milyard dollar tələb edir 29/05/2026 Ölkə xarici Putin deyir ki, Ukraynadakı böhran hazırda Ermənistanda baş verənlərə bənzər bir vəziyyətlə başlayıb 29/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan alüminium məhsullarını Aİ bazarına ixrac etməyə hazırlaşır 29/05/2026 Ölkə xarici Tramp İrandan tələblərini açıqlayıb, son qərarını verəcəyini deyib 29/05/2026 Digər xəbərlər Ölkə xarici İran danışıqları davam etdirmək üçün ABŞ-dan 12 milyard dollar tələb edir 29/05/2026 Ölkə xarici Putin deyir ki, Ukraynadakı böhran hazırda Ermənistanda baş verənlərə bənzər bir vəziyyətlə başlayıb 29/05/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan alüminium məhsullarını Aİ bazarına ixrac etməyə hazırlaşır 29/05/2026 Ölkə xarici Tramp İrandan tələblərini açıqlayıb, son qərarını verəcəyini deyib 29/05/2026