Beynəlxalq maliyyə qurumlarından birgə bəyanat: Qlobal neft ehtiyatları rekord sürətlə tükənməkdədir Neft və Qaz 30/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Hörmüz boğazı vasitəsilə tədarükün böyük ölçüdə itirilməsinə cavab olaraq qlobal neft ehtiyatları rekord sürətlə tükənməkdədir. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA), Beynəlxalq Valyuta Fondunun (BVF), Dünya Bankı Qrupunun (DBQ) və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbərləri arasında mayın 28-də keçirilən görüşün yekunlarında dair bəyanatda vurğulanıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyd edilib ki, Yaxın Şərqdəki müharibə müxtəlif ölkələr və regionlar üzrə enerji təchizatına, ərzaq təhlükəsizliyinə və iqtisadi fəallığa əhəmiyyətli və olduqca qeyri-mütənasib təsirlər göstərir. “Eyni zamanda, Hörmüz boğazı vasitəsilə tədarükün böyük ölçüdə itirilməsinə cavab olaraq qlobal neft ehtiyatları rekord sürətlə tükənməkdədir. Əgər gəmiçilik axını normal vəziyyətə qayıtmasa, Şimal yarımkürəsində yayda neftə olan pik tələbat ərəfəsində qlobal neft ehtiyatlarının bu cür sürətlə azalmasının davam etməsi yanacaq təhlükəsizliyi, bazar şərtləri və daha geniş iqtisadi dözümlülük üçün artan risklər yaradacaq”, – bəyanatda qeyd edilib. Bəyanatda həmçinin gübrə tədarükü zəncirlərinin, enerji və iqtisadi sahədəki proseslərin, eləcə də siyasi cavab tədbirlərinin yaxından izlənilməsinin vacibliyi vurğulanıb. MənbəREPORT TaglarBeynəlxalq Enerji Agentliyi (BEA)Beynəlxalq Valyuta Fondu (BVF)Dünya Bankı (DB)Ümumdünya Ticarət Təşkilatı Son xəbərlər Analitika Batareyalar sahəsində sıçrayış yaxın vaxtlarda onları xeyli daha effektiv edə bilər 30/05/2026 Ölkə xarici Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb 30/05/2026 Ölkə xarici ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb 30/05/2026 Kripto valyutalar ABŞ İranla əlaqəli olan 1 milyard dollarlıq kriptovalyuta aktivlərini ələ keçirib 30/05/2026 Digər xəbərlər Analitika Batareyalar sahəsində sıçrayış yaxın vaxtlarda onları xeyli daha effektiv edə bilər 30/05/2026 Ölkə xarici Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb 30/05/2026 Ölkə xarici ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb 30/05/2026 Kripto valyutalar ABŞ İranla əlaqəli olan 1 milyard dollarlıq kriptovalyuta aktivlərini ələ keçirib 30/05/2026