ABŞ-ın milli borcu İrana qarşı əməliyyatın başlamasından bəri 406,5 milyard dollar artıb Ölkə xarici 30/05/2026 Paylaş FacebookXWhatsAppTelegram İrana qarşı hərbi əməliyyatların başlamasından və İranın dəniz blokadasından sonrakı üç ay ərzində ABŞ-ın milli borcu 406,5 milyard dollardan çox artıb. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyd edək ki, bu ilin fevral ayının 28-də ABŞ və İsrail İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. Vaşinqton və Tehran aprel ayının 8-də atəşkəs elan ediblər. Əməliyyatın başlamasına bir gün qalmış – fevralın 27-də ABŞ Maliyyə Nazirliyi dövlət borclarının ümumi məbləğinin 38 trilyon 769 milyard 805 milyon dollar təşkil etdiyini açıqlayıb. Maliyyə Nazirliyinin mayın 30-da açıqladığı məlumatlara görə isə bu məbləğ 39 trilyon 176 milyard 301 milyon dollara çatıb. Beləliklə, ABŞ silahlı qüvvələrinin aktiv döyüş əməliyyatlarından İranın blokadasına keçdiyi üç aydan sonra ölkənin dövlət borcu 406,5 milyard dollar artıb. MənbəAPA TaglarABŞ Maliyyə NazirliyiABŞ-İran Son xəbərlər Analitika Batareyalar sahəsində sıçrayış yaxın vaxtlarda onları xeyli daha effektiv edə bilər 30/05/2026 Neft və Qaz Beynəlxalq maliyyə qurumlarından birgə bəyanat: Qlobal neft ehtiyatları rekord sürətlə tükənməkdədir 30/05/2026 Ölkə xarici Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb 30/05/2026 Kripto valyutalar ABŞ İranla əlaqəli olan 1 milyard dollarlıq kriptovalyuta aktivlərini ələ keçirib 30/05/2026 Digər xəbərlər Analitika Batareyalar sahəsində sıçrayış yaxın vaxtlarda onları xeyli daha effektiv edə bilər 30/05/2026 Neft və Qaz Beynəlxalq maliyyə qurumlarından birgə bəyanat: Qlobal neft ehtiyatları rekord sürətlə tükənməkdədir 30/05/2026 Ölkə xarici Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb 30/05/2026 Kripto valyutalar ABŞ İranla əlaqəli olan 1 milyard dollarlıq kriptovalyuta aktivlərini ələ keçirib 30/05/2026