ABŞ İrana 300 milyard dollarlıq investisiya fondunun yaradılmasını təklif edib Ölkə xarici 30/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ və İran arasında mümkün sülh razılaşmasının ən yeni və gözlənilməz elementlərindən biri Tehran üçün investisiya fondunun yaradılması təklifidir. Bu barədə “The New York Times” məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumata görə, söhbət təxminən 300 milyard dollar həcmində beynəlxalq investisiya fondundan gedir. Bildirilir ki, İran əvvəlcə bunu müharibə nəticəsində dəymiş ziyanın kompensasiyası kimi qiymətləndirib. Tehran zərərin həcmini 300 milyard dollardan 1 trilyon dollara qədər hesab edir. ABŞ tərəfi isə bu təşəbbüsü “kompensasiya” deyil, iqtisadi inkişafı dəstəkləyəcək beynəlxalq investisiya fondu kimi təqdim etməyə çalışır. Bununla da “təzminat” ifadəsindən yayınmağa üstünlük verilir. Məlumata görə, ideyanın müəllifləri arasında ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və keçmiş prezident Donald Trampın kürəkəni Cared Kuşner də var. Onların Tehrandakı daşınmaz əmlak layihələri və daha geniş investisiya təşəbbüslərini mümkün razılaşma üçün stimul kimi irəli sürdükləri bildirilir. MənbəAPA TaglarABŞ-İran Son xəbərlər Ölkə daxili Sabahın havası açıqlanıb 30/05/2026 Aqrarbiznes “Azərbaycan quşçuluq məhsullarının böyük ixracatçısına çevrilə bilər” 30/05/2026 Analitika Batareyalar sahəsində sıçrayış yaxın vaxtlarda onları xeyli daha effektiv edə bilər 30/05/2026 Neft və Qaz Beynəlxalq maliyyə qurumlarından birgə bəyanat: Qlobal neft ehtiyatları rekord sürətlə tükənməkdədir 30/05/2026 Digər xəbərlər Ölkə daxili Sabahın havası açıqlanıb 30/05/2026 Aqrarbiznes “Azərbaycan quşçuluq məhsullarının böyük ixracatçısına çevrilə bilər” 30/05/2026 Analitika Batareyalar sahəsində sıçrayış yaxın vaxtlarda onları xeyli daha effektiv edə bilər 30/05/2026 Neft və Qaz Beynəlxalq maliyyə qurumlarından birgə bəyanat: Qlobal neft ehtiyatları rekord sürətlə tükənməkdədir 30/05/2026