Bir meteor ABŞ-ın Massaçusets ştatı üzərində parçalanıb. Bir neçə nəfər hadisə zamanı olduqları binaların silkələndiyini bildirib. Şənbə günü verilən məlumatlara görə, Yer atmosferinə doğru hərəkət edən bir meteor ABŞ -ın şimal-şərqində partlayaraq Massaçusets və Rod-Aylend ştatlarında binaları silkələyən güclü ikiqat səs bumu yaradıb. ABŞ kosmik agentliyi NASA , X-də yerləşdirdiyi bəyanatda, bu fenomenin təxminən 300 ton TNT -yə bərabər enerji buraxdığını və güclü səsə səbəb olduğunu yazıb.