Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasındadır Texnologiya xəbərləri 31/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ, Səudiyyə Ərəbistanı, Azərbaycan və Almaniya Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları siyahısına başçılıq edir. Bunu Türkiyənin Ticarət Nazirliyinin İxrac Baş İdarəsinin nümayəndəsi Həsən Önal jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, dünya ticarətində mövcud tendensiyalar nəzərə alınmaqla Türkiyənin onlayn ixracı üzrə hədəf bazarların sayı 18-dən 35-ə yüksəlib. Bu qrupa son əlavə olunan ölkələr sırasında Almaniya, Fransa və Rumıniya da yer alıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Əgər 2023-cü ildə ölkəmizin onlayn ixracının həcmi 2 milyard dollar təşkil edirdisə, bu gün artıq 6,4 milyard dollardan danışırıq və bu, son hədd deyil. Buna təkan verən ixraca dövlət dəstəyi proqramları olub”, – deyə o bildirib. H.Önal qeyd edib ki, bir sıra ölkələr Türkiyənin elektron ticarətin genişləndirilməsi istiqamətində atdığı addımları diqqətlə izləyir: “Məsələn, Səudiyyə Ərəbistanında hesab edirlər ki, Türkiyə elektron ixracın inkişafı sahəsində Çindən sonra ən uğurlu təcrübəyə malikdir”. Türkiyənin Ticarət Nazirliyinin nümayəndəsi ixracatçıların dəstəklənməsi üçün süni intellektdən istifadə edilməklə informasiya platformasının hazırlanmasından da danışıb. “Bu gün süni intellekt texnologiyalarından istifadə ilə ticarət mexanizmlərinə böyük əhəmiyyət veririk. Yerli ixracatçılar üçün informasiyaya operativ çıxış imkanı yaradan və qlobal rəqabət şəraitində daha səmərəli fəaliyyətə şərait yaradan rəqəmsal həllər hazırlayırıq”, – deyə o bildirib. Sonda H.Önal İstanbulda növbəti Qlobal Elektron İxrac Sammitinin (IGEXX) keçiriləcəyini elan edib. Sammitin sentyabrın ilk həftəsində baş tutacağı ehtimal olunur. MənbəAZƏRTAC TaglarAzərbaycan-Türkiyəinternet ixracı Son xəbərlər Ölkə daxili Şuşaya 100 milyon manatdan çox vəsait xərclənib 31/05/2026 Ölkə xarici Paşinyan: Yaxın vaxtlarda sərhədlərin delimitasiyası aparılacaq 31/05/2026 ABŞ dondurulmuş İran aktivlərinin 12 milyard dollarına çıxış vədi verib 31/05/2026 Turizm Azərbaycana Afrikadan turist axını 10 %-ə yaxın artıb 30/05/2026 Digər xəbərlər Ölkə daxili Şuşaya 100 milyon manatdan çox vəsait xərclənib 31/05/2026 Ölkə xarici Paşinyan: Yaxın vaxtlarda sərhədlərin delimitasiyası aparılacaq 31/05/2026 ABŞ dondurulmuş İran aktivlərinin 12 milyard dollarına çıxış vədi verib 31/05/2026 Turizm Azərbaycana Afrikadan turist axını 10 %-ə yaxın artıb 30/05/2026