Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: “SİMA İmza” Texnologiya xəbərləri 31/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Sabahdan – 1 iyun 2026-cı il tarixindən etibarən Dövlət Gömrük Komitəsinin “Smart Customs” platformasında elektron ticarət bəyannamələrinin təqdim olunması qaydasında dəyişiklik qüvvəyə minir. Yeni qaydalara əsasən, artıq identifikasiya nömrəsi (FİN və parol) ilə sistemə daxil olaraq “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə mümkün olmayacaq. Artıq vətəndaşlar 3 müxtəlif elektron identifikasiya növündən birini seçərək xidmətdən yararlana biləcəklər. Bu məqsədlə istifadəçilər üçün təqdim olunan həllər arasında ən sürətli və rahat seçim SİMA rəqəmsal imzadır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “SİMA İmza” vasitəsilə istifadəçilər əlavə fiziki daşıyıcıya ehtiyac olmadan, bir neçə dəqiqə ərzində mobil cihaz üzərindən elektron imza əldə edə və gömrük xidmətlərinə təhlükəsiz şəkildə çıxış edə bilərlər. Üztanıma texnologiyası ilə çalışan “SİMA İmza” istifadəçilərə məsafədən, operativ və təhlükəsiz identifikasiya imkanı yaradır. Yeni qaydaların tətbiqini nəzərə alaraq, elektron ticarət bəyannamələrini rahat və fasiləsiz şəkildə təqdim etmək istəyən vətəndaşlara SİMA rəqəmsqal imzasını əvvəlcədən əldə etmələri tövsiyə olunur. “SİMA İmza” haqqında SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən yaradılıb. Hazırda “SİMA İmza” tətbiqinin endirilmə sayı 6,5 milyondan çoxdur. Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə “SİMA İmza” mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Taglargömrük bağlamalarıSİMA İmza Son xəbərlər Nəqliyyat 79 nömrəli marşrutun bütün avtobusları yenilənir 31/05/2026 Ölkə daxili İlk iş gününün havası açıqlanıb 31/05/2026 Texnologiya xəbərləri Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasındadır 31/05/2026 Ölkə daxili Şuşaya 100 milyon manatdan çox vəsait xərclənib 31/05/2026 Digər xəbərlər Nəqliyyat 79 nömrəli marşrutun bütün avtobusları yenilənir 31/05/2026 Ölkə daxili İlk iş gününün havası açıqlanıb 31/05/2026 Texnologiya xəbərləri Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasındadır 31/05/2026 Ölkə daxili Şuşaya 100 milyon manatdan çox vəsait xərclənib 31/05/2026