Aİ Yaxın Şərqdəki eskalasiya səbəbindən Rusiya neftinə qoyulan qiymət tavanını dondura bilər Neft və Qaz 31/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Avropa İttifaqı (Aİ) Yaxın Şərqdəki münaqişə fonunda dünyada neft qiymətlərinin artması səbəbindən Rusiya neftinə qoyulan qiymət tavanı müvəqqəti olaraq dondurmaq imkanını nəzərdən keçirir. Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən yazıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyd edək ki, hazırda qiymət həddi barrel üçün 44,10 dollar təşkil edir. “Bu hədd Rusiyanın “Urals” neftinin orta bazar qiymətindən 15% aşağı səviyyədə müəyyən edilir, lakin Hörmüz boğazının bağlanması ilə bağlı neft kotirovkalarının artması səbəbindən növbəti yenidən baxış tavanın barrel üçün 65 dollara qaldırılmasına gətirib çıxara bilərdi”, – yazıda qabardılıb. Agentliyin mənbələrinin sözlərinə görə, nəzərdən keçirilən variantlardan biri tavanın cari səviyyədə saxlanmasını nəzərdə tutur. Müzakirə olunan digər tədbirlər arasında Yaxın Şərqdəki vəziyyət nəzərə alınmaqla, ilin sonuna qədər avtomatik artımın dayandırılması da var. Bu tədbir Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyalar paketinin bir hissəsi ola bilər. Aİ hazırlığı başa çatdırmağı və yeni məhdudiyyətləri iyunun əvvəlində rəsmi şəkildə təqdim etməyi planlaşdırır. MənbəREPORT TaglarAvropa İttifaqı (Aİ)Rusiya neftiYaxın Şərqdə gərginlik Son xəbərlər Nəqliyyat AZAL heyəti Beynəlxalq Təyyarə Bələdçiləri Günü münasibətilə Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib 31/05/2026 Ölkə xarici Türkiyənin hava limanlarında pulsuz içməli su təmin ediləcək 31/05/2026 Ümumi iqtisadi xəbərlər Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 31/05/2026 Nəqliyyat Bu avtobuslarda gedişhaqqı artırıldı 31/05/2026 Digər xəbərlər Nəqliyyat AZAL heyəti Beynəlxalq Təyyarə Bələdçiləri Günü münasibətilə Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib 31/05/2026 Ölkə xarici Türkiyənin hava limanlarında pulsuz içməli su təmin ediləcək 31/05/2026 Ümumi iqtisadi xəbərlər Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 31/05/2026 Nəqliyyat Bu avtobuslarda gedişhaqqı artırıldı 31/05/2026