AZAL heyəti Beynəlxalq Təyyarə Bələdçiləri Günü münasibətilə Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib Nəqliyyat 31/05/2026 Paylaş FacebookXWhatsAppTelegram ®31 may – Beynəlxalq Təyyarə Bələdçiləri Günü münasibətilə Azərbaycan Hava Yollarının (AZAL) təyyarə bələdçilərindən ibarət heyəti Hökumə Əliyevanın ailə üzvləri ilə birlikdə Milli Qəhrəmanın İkinci Fəxri xiyabandakı məzarını ziyarət edib. Ziyarətçilər Hökumə Əliyevanın əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər və onun şücaətli həyat yolunu böyük hörmətlə anıblar.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə AZAL heyəti Milli Qəhrəman pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninovun da əziz xatirəsini ehtiramla yad edib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli Sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq və fədakarlıq göstərdiyinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. TaglarAZALBeynəlxalq Təyyarə Bələdçiləri GünüHökumə Əliyeva Son xəbərlər Neft və Qaz Aİ Yaxın Şərqdəki eskalasiya səbəbindən Rusiya neftinə qoyulan qiymət tavanını dondura bilər 31/05/2026 Ölkə xarici Türkiyənin hava limanlarında pulsuz içməli su təmin ediləcək 31/05/2026 Ümumi iqtisadi xəbərlər Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 31/05/2026 Nəqliyyat Bu avtobuslarda gedişhaqqı artırıldı 31/05/2026 Digər xəbərlər Neft və Qaz Aİ Yaxın Şərqdəki eskalasiya səbəbindən Rusiya neftinə qoyulan qiymət tavanını dondura bilər 31/05/2026 Ölkə xarici Türkiyənin hava limanlarında pulsuz içməli su təmin ediləcək 31/05/2026 Ümumi iqtisadi xəbərlər Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 31/05/2026 Nəqliyyat Bu avtobuslarda gedişhaqqı artırıldı 31/05/2026