Bu ailələrə hər ay 500-650 manat pul verilir Ölkə daxili 31/05/2026 Paylaş FacebookXWhatsAppTelegram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən ötən dövrdə 78 uşaq himayədar ailələrə verilib. Bu məlumat ƏƏSMN-nin mayın 31-i Azərbaycanda Ümumdünya Himayədar Ailə Günü münasibətilə paylaşdığı yazıda qeyd olunub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bildirilib ki, SXA ilə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb: “Himayədar ailələrə verilən uşaqlardan 34-ü oğlan, 44-ü qızdır. Hazırda həmin uşaqlardan 41-i Bakıda, 4-ü Abşeronda, 33-ü rayonlardakı (Ağcabədidə 1, Astarada 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 4, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 3, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1, Oğuzda 3, İmişlidə 2, Mingəçevirdə 1, Zərdabda 1 ailə) ailələrdə yaşayır”. Qeyd olunub ki, nazirlik tərəfindən himayədar ailələrə aylıq sosial ödənişlər də edilir. Belə ki, himayəyə götürülən 6 yaşadək uşaqlara görə aylıq 355 manat, 7-13 yaş arası uşaqlara görə 375 manat, 14-18 yaş arası uşaqlara görə isə aylıq 395 manat müavinət ödənilir. Əlilliyi olan uşaqlar üçün bu məbləğlər yaş qruplarına uyğun olaraq müvafiq şəkildə 500, 600 və 650 manat təşkil edir. Bununla yanaşı, himayədar ailəyə verilmiş uşaqların mövsümi geyimlə təmin olunması məqsədilə ailələrə hər rübdə bir dəfə, hər uşaq üçün 200 manat məbləğində birdəfəlik müavinət verilir. MənbəOXU.AZ TaglarƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)himayədar ailəyə verilmiş uşağa görə müavinətlərSosial Xidmətlər Agentliyi (SXA) Son xəbərlər İnvestisiya Strateji səbir: az tanınan hedc fond SpaceX-in IPO-sundan 10 milyard dollardan çox necə qazana bilər 31/05/2026 Texnologiya xəbərləri “iPhone 18 Pro”nun ən böyük üstünlüyü açıqlanıb 31/05/2026 Valyuta Dünyanın ən varlı ailələri dollardan imtina edir 31/05/2026 Neft və Qaz Aİ Yaxın Şərqdəki eskalasiya səbəbindən Rusiya neftinə qoyulan qiymət tavanını dondura bilər 31/05/2026 Digər xəbərlər İnvestisiya Strateji səbir: az tanınan hedc fond SpaceX-in IPO-sundan 10 milyard dollardan çox necə qazana bilər 31/05/2026 Texnologiya xəbərləri “iPhone 18 Pro”nun ən böyük üstünlüyü açıqlanıb 31/05/2026 Valyuta Dünyanın ən varlı ailələri dollardan imtina edir 31/05/2026 Neft və Qaz Aİ Yaxın Şərqdəki eskalasiya səbəbindən Rusiya neftinə qoyulan qiymət tavanını dondura bilər 31/05/2026