Nyu-York, 31 may. /TASS/. ABŞ prezidenti Donald Tramp İranla potensial razılaşmanın şərtlərini sərtləşdirib. Bu barədə The New York Times qəzeti ABŞ administrasiyasının adının açıqlanmayan rəsmilərinə istinadən məlumat yayıb. Rəsmilərin sözlərinə görə, sərtləşdirilmiş şərtlər İran tərəfinə göndərilib. Onlar təfərrüatları açıqlamasalar da, adı çəkilən rəsmilərdən biri bildirib ki, təklif olunan razılaşmadakı dəyişikliklər "İranı mövcud çərçivəni qəbul etməyə məcbur etməklə prosesi sürətləndirmək üçün nəzərdə tutulub", – qəzet yazıb. The New York Times daha əvvəl mənbələrə istinadən bildirmişdi ki, Tramp İranın ABŞ -ın təkliflərinə kifayət qədər tez cavab vermədiyini düşünür.