NEW YORK, 1 iyun. /TASS/. The New York Times qəzetinin məlumatına görə, Cənubi Amerikada narkotik kartelləri ilə əlaqəli olduğu iddia edilən gəmilərə ABŞ-ın endirdiyi zərbələr nəticəsində 200-dən çox insan həlak olub. Qəzetin yazdığına görə, ABŞ keçən payızda hücumlara başlayandan bəri, hərbçilər narkotik qaçaqçıları tərəfindən istifadə edildiyi güman edilən gəmilərə 60-dan çox zərbə endirib.