“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib Telekommunikasiya 01/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ®“AzInTelecom” MMC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Gəncə şəhərində azyaşlılar üçün maarifləndirici sessiya keçirib. Azərbaycan Uşaq Fondu ilə birgə təşkil olunan sessiyada 30-dan çox azyaşlı iştirak edib. Tədbirin məqsədi uşaqlara rəqəmsal dünyadan təhlükəsiz və səmərəli formada istifadə etməyin yollarını aşılamaq olub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Sessiyada uşaqlara onlayn mühitdə şəxsi məlumatların qorunması, tanımadıqları şəxslərlə ünsiyyətdən qaçmaq və şübhəli keçidlərə klikləməmək kimi əsas kiber-gigiyena qaydaları əyləncəli metodlarla izah edilib. Sessiyanın sonunda azyaşlılara “AzInTelecom” tərəfindən nəşr olunan “SİMA missiyası” texnoloji nağıl kitabı hədiyyə olunub. Uşaq və gənclərin rəqəmsal savadlılığının artırılması “AzInTelecom” MMC üçün xüsusi önəm daşıyır və şirkət bu qəbildən olan maarifləndirici layihələri korporativ sosial məsuliyyət strategiyasının mühüm istiqaməti hesab edir. TaglarAzInTelecom Son xəbərlər Kapital bazarı BOKT-ın əsas səhmdarı son iki ildə 100%-lik payını tam satmış olub 01/06/2026 Ölkə daxili İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 01/06/2026 Kapital bazarı Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib 01/06/2026 Maliyyə xəbərləri Gələn ay yeni 100 manatlıq əskinaslar tədavülə buraxılacaq – FOTO 01/06/2026 Digər xəbərlər Kapital bazarı BOKT-ın əsas səhmdarı son iki ildə 100%-lik payını tam satmış olub 01/06/2026 Ölkə daxili İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 01/06/2026 Kapital bazarı Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib 01/06/2026 Maliyyə xəbərləri Gələn ay yeni 100 manatlıq əskinaslar tədavülə buraxılacaq – FOTO 01/06/2026