“AzİnvestKredit BOKT” zərərdən çıxıb Qeyri-bank kredit təşkilatları 01/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “AzİnvestKredit Bank Olmayan Kredit Təşkilatı” MMC 2025-ci ili 61,73 min manat xalis mənfəətlə başa vurub. Banker.az bunu BOKT-nin illik audit hesabatına istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə 2024-cü ildə şirkət 7,07 min manat zərər qeydə almışdı. Zərərdən mənfəətə keçməsinin əsas amili faiz gəlirlərinin 52,1% artaraq 112,27 min manata çatması, digər gəlirlərin isə 10,91 min manatdan 69,04 min manata və ya 532,8% qalxmasıdır. Cəmi gəlirlər 96,72 min manatdan 193,25 min manata 99,6% artarkən, ümumi xərclər daha mülayim templə,11,9% artaraq 116,09 min manata çatıb. Cəmi aktivlər illik 117,9% artımla 1 milyon 82,34 min manat. Hesabat müddətində kredit portfeli 302,73 min manatdan 856,83 min manata — 182,9% böyüyərək ümumi aktivlərin 79,2%-ni təşkil edib. Cəmi kapital 494,24 min manatdan 1.065,97 min manata qalxıb. Bunun da artımna nizamnamə kapitalı 507,00 min manatdan 1 milyon 17 min manata artırılmasıdır. Xatırladaq ki, “Azinvestkredit” 2013-cü ildə yaradılıb. BOKT-un təsisçiləri hər biri 50% payla Əkbər İsmayılov və Tamara İsmayılovadır. TaglarAzinvestkredit BOKT Son xəbərlər Kapital bazarı BOKT-ın əsas səhmdarı son iki ildə 100%-lik payını tam satmış olub 01/06/2026 Ölkə daxili İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 01/06/2026 Telekommunikasiya “AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib 01/06/2026 Kapital bazarı Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib 01/06/2026 Digər xəbərlər Kapital bazarı BOKT-ın əsas səhmdarı son iki ildə 100%-lik payını tam satmış olub 01/06/2026 Ölkə daxili İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 01/06/2026 Telekommunikasiya “AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib 01/06/2026 Kapital bazarı Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib 01/06/2026