TuranBank DOST Agentliyi ilə birgə şəhid övladlarını sevindirib Bank xəbərləri 01/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edən TuranBank bu ənənəyə sadiq qalaraq “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə növbəti uğurlu layihəyə imza atıb. Belə ki, Bank DOST Agentliyinin “Könüllü DOST” proqramının təşkilatçılığı ilə həyata keçirilən “Miras – İrsimizi Yaşadaq” layihəsi çərçivəsində şəhid övladlarının İsmayıllı rayonu və Şamaxı şəhərinə səfərinin təşkilinə maliyyə dəstəyi göstərib. Layihənin əsas məqsədi şəhidlərimizin övladlarını diqqət mərkəzində saxlamaq və onların sosial qayğı ilə əhatə olunmasını təmin etməklə yanaşı, onları Azərbaycanın zəngin mədəni, tarixi və mənəvi irsi ilə yaxından tanış etmək, onlarda milli kimlik və mənsubiyyət hissinin gücləndirilməsinə töhfə verməkdir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə İştirakçılar ilk olaraq İsmayıllı “DOST Evi” filialını ziyarət edərək rəsm, bədii oyma və xalçaçılıq üzrə ustad dərslərində iştirak ediblər. Daha sonra Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunda uşaqlar üçün kəlağayı sənəti üzrə ustad dərsi keçirilib. Eyni zamanda layihə iştirakçıları bölgənin tarixi-mədəni məkanlarına səfər edib, milli-mənəvi dəyərlərimizi əks etdirən nümunələrlə yaxından tanış olmaq imkanı əldə ediblər. Ustad dərslərini uğurla tamamlayan iştirakçılara motivasiya xarakterli xüsusi “Miras pasportu” təqdim olunub. Layihə çərçivəsində həmçinin Şamaxı Astrofizika Rəsədxanasına infotur təşkil olunub. Burada şəhid övladlarına astronomiya elmi, kosmik tədqiqatlar və rəsədxananın fəaliyyəti barədə ətraflı məlumat verilib. Sonda uşaqlara müxtəlif bayram hədiyyələri təqdim olunub. Qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır və dəstək olur. Bank bundan sonra da şəhidlərimizin ailə üzvlərinə, o cümlədən gələcəyimiz olan uşaqlara dəstək layihələr edərək onların üzündə təbəssüm yaratmağa davam edəcək. TuranBank Bizimlə etibarlıdır… TaglarDost AgentliyiTuranBank Son xəbərlər Kapital bazarı BOKT-ın əsas səhmdarı son iki ildə 100%-lik payını tam satmış olub 01/06/2026 Ölkə daxili İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 01/06/2026 Telekommunikasiya “AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib 01/06/2026 Kapital bazarı Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib 01/06/2026 Digər xəbərlər Kapital bazarı BOKT-ın əsas səhmdarı son iki ildə 100%-lik payını tam satmış olub 01/06/2026 Ölkə daxili İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 01/06/2026 Telekommunikasiya “AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib 01/06/2026 Kapital bazarı Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib 01/06/2026