Mərkəzi Bank sığorta şirkətlərinin müflisləşməsi riskinə qarşı yeni mexanizmi nəzərdən keçirir Sığorta xəbərləri 01/06/2026 Azərbaycan Mərkəzi Bankı Paylaş FacebookXWhatsAppTelegram 2026-cı ilin sonunadək könüllü sığorta növləri üzrə genişləndirilmiş zəmanət sxeminin tətbiqi ilə bağlı təkliflərin formalaşdırılması nəzərdə tutulur. Bu barədə Mərkəzi Bankdan bildirilib. Qeyd edilib ki, bu fəaliyyət 2024-2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişafı Strategiyasında müəyyən olunmuş tədbirlərdən biridir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyd edilib ki, sözügedən mexanizm sığorta müştərilərinin hüquqlarının qorunması çərçivəsinin təkmilləşdirilməsinə xidmət edir. Mexanizmin tətbiqi çərçivəsində sığorta şirkəti ödəmə qabiliyyətini itirdikdə sığorta hadisələri üzrə tələblərin müəyyən hissəsinin qarşılanması və ya müqavilələrin digər sığortaçıya ötürülməsi ilə onların davamlılığının təmin olunması mümkün ola bilər. AMB-nin məlumatına görə, bu yanaşma sığorta bazarında etimadın gücləndirilməsinə və maliyyə sabitliyinə töhfə verir. Mərkəzi Bank bildirib ki, strategiyanın icrası çərçivəsində 2026-cı ildə beynəlxalq təcrübənin araşdırılması, zəmanət sxeminin tətbiqinin mümkünlüyü ilə bağlı iqtisadi-texniki əsaslandırmanın hazırlanması və ilin sonunadək tətbiqlə bağlı təkliflərin formalaşdırılması nəzərdə tutulur. Vurğulanıb ki, bununla bağlı hazırda beynəlxalq təcrübənin araşdırılması davam edir. MənbəAPA Taglarmərkəzi bankSığorta Son xəbərlər Kapital bazarı BOKT-ın əsas səhmdarı son iki ildə 100%-lik payını tam satmış olub 01/06/2026 Ölkə daxili İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 01/06/2026 Telekommunikasiya “AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib 01/06/2026 Kapital bazarı Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib 01/06/2026 Digər xəbərlər Kapital bazarı BOKT-ın əsas səhmdarı son iki ildə 100%-lik payını tam satmış olub 01/06/2026 Ölkə daxili İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 01/06/2026 Telekommunikasiya “AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib 01/06/2026 Kapital bazarı Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib 01/06/2026