PAŞA Bank 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqların inkişafına dəstək oldu Bank xəbərləri 01/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Bəzən uşaqların bir ideyanı necə həyəcanla paylaşdığını görmək gələcəyə daha ümidlə baxmağa kifayət edir. Bu dəfə Şəkidə keçirilən sahibkarlıq layihəsində 50-yə yaxın uşaq öz ideyaları üzərində çalışdı, komandalar qurdu və ilk təqdimatlarını etdi. Biz də PAŞA Bank olaraq bu təşəbbüsün bir parçası olduq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə 8–15 yaş aralığında iştirak edən uşaqlar layihə boyunca sahibkarlığın əsaslarını öyrəndi, mentorlarla çalışdı və öz məhsullarını hazırlayaraq təqdim etdilər. Təlimlər zamanı uşaqlar yalnız biznes haqqında bilik qazanmadılar. Eyni zamanda birlikdə işləməyi, qərar verməyi, fikirlərini ifadə etməyi və yaradıcı yanaşma formalaşdırmağı da təcrübədən keçirdilər. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin “Bilim Azərbaycan” layihəsi və Sosial Xidmətlər Agentliyinin 6 saylı uşaq evi sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə həyata keçirilib. İnanırıq ki, uşaqların potensialına edilən hər investisiya gələcəyə edilən investisiyadır. TaglarPAŞA Bank Son xəbərlər Neft və Qaz Azəri-Çıraq-Günəşli yatağında ilk sərbəst təbii qaz hasilatına başlanıldı 01/06/2026 Ölkə daxili Sabah 28 dərəcə isti olacaq 01/06/2026 Nəqliyyat Bakıda daha iki marşrut üzrə avtobuslar yenilənib 01/06/2026 İnvestisiya Bloomberg: SoftBank Yaponiyanın ən dəyərli şirkəti olub 01/06/2026 Digər xəbərlər Neft və Qaz Azəri-Çıraq-Günəşli yatağında ilk sərbəst təbii qaz hasilatına başlanıldı 01/06/2026 Ölkə daxili Sabah 28 dərəcə isti olacaq 01/06/2026 Nəqliyyat Bakıda daha iki marşrut üzrə avtobuslar yenilənib 01/06/2026 İnvestisiya Bloomberg: SoftBank Yaponiyanın ən dəyərli şirkəti olub 01/06/2026