Sabah 28 dərəcə isti olacaq Ölkə daxili 01/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Sabah Azərbaycanda hava necə olacaq? İyunun 2-də gözlənilən hava proqnozu açıqlanıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Səhər saatlarından arabir güclənən şimal-qərb küləyi axşam tədricən mülayimləşəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava necə olacaq? Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq. Son xəbərlər Neft və Qaz Azəri-Çıraq-Günəşli yatağında ilk sərbəst təbii qaz hasilatına başlanıldı 01/06/2026 Bank xəbərləri PAŞA Bank 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqların inkişafına dəstək oldu 01/06/2026 Nəqliyyat Bakıda daha iki marşrut üzrə avtobuslar yenilənib 01/06/2026 İnvestisiya Bloomberg: SoftBank Yaponiyanın ən dəyərli şirkəti olub 01/06/2026 Digər xəbərlər Neft və Qaz Azəri-Çıraq-Günəşli yatağında ilk sərbəst təbii qaz hasilatına başlanıldı 01/06/2026 Bank xəbərləri PAŞA Bank 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqların inkişafına dəstək oldu 01/06/2026 Nəqliyyat Bakıda daha iki marşrut üzrə avtobuslar yenilənib 01/06/2026 İnvestisiya Bloomberg: SoftBank Yaponiyanın ən dəyərli şirkəti olub 01/06/2026