Bloomberg: SoftBank Yaponiyanın ən dəyərli şirkəti olub İnvestisiya 01/06/2026 Paylaş FacebookXWhatsAppTelegram SoftBank Group korporasiyası 2000-ci ildən bəri ilk dəfə olaraq Yaponiyanın ən dəyərli şirkətləri siyahısında avtomobil nəhəngi Toyota Motor-u geridə qoyub. Bu barədə Bloomberg agentliyi süni intellekt texnologiyaları ətrafında yaranan bum fonunda məlumat yayıb. Bazar ertəsi keçirilən hərraclarda SoftBank Group-un səhmləri 14% bahalaşıb. Nəticədə şirkətin bazar dəyəri 30 milyard dollara çatıb. Müqayisə üçün, Toyota Motor-un bazar dəyəri 28 milyard dollar təşkil edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə İlin əvvəlindən etibarən SoftBank səhmləri demək olar ki, iki dəfə bahalaşıb. Toyota səhmləri isə eyni dövrdə təxminən 10% artıb. SoftBank sonuncu dəfə 2000-ci ildə internet biznesi bumunun zirvəsində Yaponiyanın ən dəyərli şirkəti olmuşdu. “Bu, süni intellekt bumunu simvolizə edən tarixi hadisədir. ABŞ-da gözlənilən iri IPO-larla bağlı gözləntilər bazarda qeyri-adi şərait formalaşdırır”, — deyə Phillip Securities Japan şirkətinin analitiki Kazuhiro Sasaki bildirib. Bloomberg xatırladır ki, SoftBank Group ChatGPT çat-botunun yaradıcısı olan OpenAI-nin ən böyük investorudur. OpenAI bu il IPO keçirməyi planlaşdırır. İlkin kütləvi yerləşdirmənin nəticələrinə əsasən SoftBank şirkətin səhmlərinin təxminən 13%-nə sahib ola bilər. Digər texnologiya şirkəti olan mikroçip istehsalçısı Kioxia Holdings isə bazar dəyərinə görə Mitsubishi UFJ Financial Group-nu geridə qoyaraq Yaponiyanın ən dəyərli şirkətləri arasında üçüncü yerə yüksəlib. Kioxia Holdings-in bazar dəyəri hazırda 25 milyard dollar qiymətləndirilir. TaglarSoftbank Son xəbərlər Neft və Qaz Azəri-Çıraq-Günəşli yatağında ilk sərbəst təbii qaz hasilatına başlanıldı 01/06/2026 Bank xəbərləri PAŞA Bank 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqların inkişafına dəstək oldu 01/06/2026 Ölkə daxili Sabah 28 dərəcə isti olacaq 01/06/2026 Nəqliyyat Bakıda daha iki marşrut üzrə avtobuslar yenilənib 01/06/2026 Digər xəbərlər Neft və Qaz Azəri-Çıraq-Günəşli yatağında ilk sərbəst təbii qaz hasilatına başlanıldı 01/06/2026 Bank xəbərləri PAŞA Bank 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqların inkişafına dəstək oldu 01/06/2026 Ölkə daxili Sabah 28 dərəcə isti olacaq 01/06/2026 Nəqliyyat Bakıda daha iki marşrut üzrə avtobuslar yenilənib 01/06/2026