“Atəşgah” Sığorta Uşaqların Beynəlxalq Müdafiəsi Gününü xüsusi tədbirlə qeyd etdi! Sığorta xəbərləri 01/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Uşaqların rifahı, inkişafı və xoşbəxt gələcəyi hər bir cəmiyyətin prioritet istiqamətlərindən biridir.Bu prinsipi rəhbər tutan “Atəşgah” Sığorta Şirkəti 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xüsusi tədbir təşkil edib. Tədbirin əsas məqsədi uşaqlara maraqlı və yaddaqalan bir gün bəxş etməklə yanaşı, onların yaradıcılıq potensialını, sosial bacarıqlarını və gələcəyə dair təsəvvürlərini inkişaf etdirmək olub. Tədbir çərçivəsində uşaqlar şirkətin müxtəlif struktur bölmələrinin fəaliyyətini yaxından tanımaq imkanı əldə ediblər. Balaca iştirakçılar əməkdaşların iş prosesini simvolik şəkildə icra edərək gələcəyin kiçik “Atəşgahlıları” obrazını canlandırıblar.Bu maraqlı təcrübə onların məsuliyyət, əməksevərlik və komanda ruhu kimi vacib dəyərlərlə tanış olmasına şərait yaradıb. Günün əyləncə proqramı da uşaqlarda xoş təəssüratlar yaradıb. Müxtəlif əyləncəli oyunlar və yaradıcılıq fəaliyyətləri iştirakçıların böyük marağına səbəb olub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Atəşgah” Sığorta Şirkəti uşaqların inkişafına yönəlmiş sosial təşəbbüslərin həyata keçirilməsini korporativ sosial məsuliyyət siyasətinin mühüm istiqamətlərindən biri hesab edir. Şirkət gələcəyin qurucuları olan uşaqların bilik, bacarıq və yaradıcılıq imkanlarının dəstəklənməsinə xüsusi önəm verir və bu istiqamətdə müxtəlif layihələrin həyata keçirilməsini davam etdirir. Son xəbərlər Neft və Qaz Azəri-Çıraq-Günəşli yatağında ilk sərbəst təbii qaz hasilatına başlanıldı 01/06/2026 Bank xəbərləri PAŞA Bank 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqların inkişafına dəstək oldu 01/06/2026 Ölkə daxili Sabah 28 dərəcə isti olacaq 01/06/2026 Nəqliyyat Bakıda daha iki marşrut üzrə avtobuslar yenilənib 01/06/2026 Digər xəbərlər Neft və Qaz Azəri-Çıraq-Günəşli yatağında ilk sərbəst təbii qaz hasilatına başlanıldı 01/06/2026 Bank xəbərləri PAŞA Bank 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqların inkişafına dəstək oldu 01/06/2026 Ölkə daxili Sabah 28 dərəcə isti olacaq 01/06/2026 Nəqliyyat Bakıda daha iki marşrut üzrə avtobuslar yenilənib 01/06/2026