“PAŞA Bank” ABŞ-nin dövlət istiqrazlarına investsiyanı kəskin artırıb Bank xəbərləri 01/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “PAŞA Bank” ASC ötən il ABŞ xəzinədarlıq istiqrazlarına investisiyalarını 3.5 dəfə artıraraq onları investisiya portfelinin ən böyük komponentinə çevirib. Banker.az bunu bankın hesabatına istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bankın bu istiqrazlara yatırımları il ərzində 58.9 mln. manatdan 625.55 mln. manata yüksələrək 10.6 dəfə artıb. Bankın ABŞ Xəzinədarlıq istiqrazlarına yatırımları il ərzində 241.57 mln. manatdan (~$142.1 milyon ) 841.49 mln. manata (~ $495 milyon) yüksələrək 3.5 dəfə artıb. ABŞ Xəzinədarlıq istiqrazları üzrə həmin portfel 182.67 mln. manatdan 215.94 mln. manata yüksələrək 18.2% artıb. Maliyyə təşkilatlarının istiqrazlarına yatırımlar isə 4.91 mln. manatdan 90.69 mln. manata çataraq 18 dəfədən çox artıb. Azərbaycan Maliyyə Nazirliyinin istiqrazlarına investisiyalar isə 621.33 mln. manatdan 582.38 mln. manata enərək 6.3% azalıb. Korporativ istiqraz portfeli 81.94 mln. manatdan 205.87 mln. manata yüksələrək 2.5 dəfə artıb. Maliyyə təşkilatlarının istiqrazlarına yatırımlar da 119.34 mln. manatdan 159.32 mln. manata çataraq 33.5% artım göstərib. Azərbaycan Mərkəzi Bankının notlarına investisiyalar 87.60 mln. manatdan 139.54 mln. manata yüksələrək 59.3% artıb. Digər xarici dövlətlərin istiqrazları üzrə portfel isə 31.50 mln. manatdan 39.41 mln. manata yüksəlib. Digər ümumi gəlir vasitəsilə ədalətli dəyərlə qiymətləndirilən investisiya portfelində isə Azərbaycan İpoteka Fondunun istiqrazları əsas pay sahibi olaraq qalıb. Lakin bu istiqrazlara yatırımlar 413.72 mln. manatdan 378.10 mln. manata enərək 8.6% azalıb. Eyni zamanda korporativ istiqraz portfeli 96.84 mln. manatdan 30.85 mln. manata enərək 68.1% azalıb, Azərbaycan Maliyyə Nazirliyinin istiqrazlarına yatırımlar isə 63.01 mln. manatdan 28.97 mln. manata düşərək 54.0% geriləyib. Ümumilikdə “PAŞA Bank”ın investisiya qiymətli kağızlar portfeli 2025-ci ilin sonunda 2.5 mlrd. manata yüksəlib. Bu göstərici 2024-cü ilin sonundakı 1.76 mlrd. manatla müqayisədə 42.1% artım deməkdir. TaglarPAŞA Bank Son xəbərlər Neft və Qaz Bolqarıstan Azərbaycanla qaz sahəsində əməkdaşlıqdan elektrik enerjisi layihələrinə keçir 01/06/2026 Ölkə daxili Monteneqro Prezidenti ilin sonunda Azərbaycana səfər edəcək 01/06/2026 Ölkə xarici “Tasnim”: İran ABŞ ilə danışıqlardan çıxır 01/06/2026 Ölkə daxili Azərbaycanda geniş əməliyyat: Saxlanılanlar var 01/06/2026 Digər xəbərlər Neft və Qaz Bolqarıstan Azərbaycanla qaz sahəsində əməkdaşlıqdan elektrik enerjisi layihələrinə keçir 01/06/2026 Ölkə daxili Monteneqro Prezidenti ilin sonunda Azərbaycana səfər edəcək 01/06/2026 Ölkə xarici “Tasnim”: İran ABŞ ilə danışıqlardan çıxır 01/06/2026 Ölkə daxili Azərbaycanda geniş əməliyyat: Saxlanılanlar var 01/06/2026