Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi – Yeni struktur yaradıldı Maliyyə xəbərləri 01/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Maliyyə Nazirliyində idarəetmənin təkmilləşdirilməsi, fəaliyyətin daha çevik və səmərəli təşkili, eləcə də vahid idarəetmə mexanizmlərinin tətbiqi məqsədilə həyata keçirilən struktur islahatları çərçivəsində nazirliyin yerli bölmələrinin fəaliyyəti yenidən təşkil olunub. Bu barədə Maliyyə Nazirliyindən bildirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyd edilib ki, bu çərçivədə rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ləğv edilib. Ləğv edilmiş yerli maliyyə idarələrinin funksiyalarının icrasını təmin etmək üçün Maliyyə Nazirliyinin Yerli Gəlirlər və Xərclər üzrə Maliyyə İdarəsi yaradılıb. Yeni struktur yerli gəlir və xərclərin idarə olunması sahəsində fəaliyyətin daha koordinasiyalı və effektiv şəkildə həyata keçirilməsinə imkan verir. “Eyni zamanda, ləğv edilmiş yerli maliyyə idarələrinin kadr bazası əsasında dövlət qulluğu haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla, yeni yaradılmış Yerli Gəlirlər və Xərclər üzrə Maliyyə İdarəsi zəruri kadr potensialı ilə komplektləşdirilib. Struktur dəyişikliklərinin əsas məqsədi maliyyə idarəçiliyinin effektivliyinin artırılması, qərar qəbuletmə prosesinin sürətləndirilməsi və dövlət maliyyə resurslarının idarə olunmasında vahid yanaşmanın təmin edilməsidir”, – deyə məlumatda qeyd olunub. MənbəUNİKAL TaglarAzərbaycan Maliyyə Nazirliyi Son xəbərlər Ölkə daxili Tarif Şurasından qiymətlərlə bağlı yeni qərar 01/06/2026 Rəsmi sənədlər Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 7,5 milyard dollar olan müqavilələr imzalanıb 01/06/2026 Nəqliyyat Ödənişli yollar motosikletlər üçün də pullu oldu – Qiymətlər 01/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr yaradılıb 01/06/2026 Digər xəbərlər Ölkə daxili Tarif Şurasından qiymətlərlə bağlı yeni qərar 01/06/2026 Rəsmi sənədlər Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 7,5 milyard dollar olan müqavilələr imzalanıb 01/06/2026 Nəqliyyat Ödənişli yollar motosikletlər üçün də pullu oldu – Qiymətlər 01/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr yaradılıb 01/06/2026