Bolqarıstan Azərbaycanla qaz sahəsində əməkdaşlıqdan elektrik enerjisi layihələrinə keçir Neft və Qaz 01/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Bolqarıstan Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsinə ümid edir. Bunu Bolqarıstanın energetika nazirinin müavini Kiril Temelkov 31-ci Bakı Enerji Forumunun kuluarlarında bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Nazir müavini vurğulayıb ki, Bolqarıstan Azərbaycanın dəstəyi ilə qaz tədarükünü əhəmiyyətli dərəcədə şaxələndirməyi bacaran ilk Avropa İttifaqı dövlətləri sırasında yer alıb. “Azərbaycanla əməkdaşlığımız artıq uzun illərdir davam edir və hazırda ikitərəfli əməkdaşlığın genişləndirilməsi mərhələsindəyik. İndiyədək biz qaz tədarükünün təmin edilməsi istiqamətində olduqca fəal çalışmışıq. İndi bu sahədə fəaliyyətimizi davam etdirir, eyni zamanda, diqqətimizi elektrik təchizatı sektoruna da yönəldirik, elektrik enerjisi layihələri həyata keçiririk. Buna görə də tərəfdaşlığı davam etdirməkdən məmnun olacağıq və çox müsbət nəticələr əldə edəcəyimizə əminik”, – K.Temelkov qeyd edib. MənbəREPORT TaglarAzərbaycan-BolqarıstanKiril TemelkovTəbii qaz Son xəbərlər Ölkə daxili Tarif Şurasından qiymətlərlə bağlı yeni qərar 01/06/2026 Rəsmi sənədlər Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 7,5 milyard dollar olan müqavilələr imzalanıb 01/06/2026 Maliyyə xəbərləri Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi – Yeni struktur yaradıldı 01/06/2026 Nəqliyyat Ödənişli yollar motosikletlər üçün də pullu oldu – Qiymətlər 01/06/2026 Digər xəbərlər Ölkə daxili Tarif Şurasından qiymətlərlə bağlı yeni qərar 01/06/2026 Rəsmi sənədlər Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 7,5 milyard dollar olan müqavilələr imzalanıb 01/06/2026 Maliyyə xəbərləri Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi – Yeni struktur yaradıldı 01/06/2026 Nəqliyyat Ödənişli yollar motosikletlər üçün də pullu oldu – Qiymətlər 01/06/2026