İraq rəsmiləri bazar ertəsi bildiriblər ki, İraqın Ümm Qəsr limanından təxminən 40 dəniz mili cənub-şərqdə, Fars körfəzi ndə bir yük gəmisində iki partlayış baş verib və onlardan biri dron hücumu nəticəsində olub. Daha əvvəl, Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) bildirmişdi ki, gəmi sağ tərəfindən hansısa bir mərmi ilə vurulub və bu da böyük partlayışa səbəb olub. İraq rəsmiləri Reuters -ə bildiriblər ki, ilkin qiymətləndirməyə görə, eyni gəmidə ikinci partlayış baş verib və bu, dron hücumu nun nəticəsi olub. Onlar əlavə ediblər ki, gəmidəki yanğın sonradan nəzarət altına alınıb. Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib və gəminin kimliyi barədə heç bir məlumat verilməyib.