İnkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrin iqlim layihələrinə $270 mlrd. investisiya qoyub Ölkə xarici 02/06/2026 Paylaş FacebookXWhatsAppTelegram İnkişaf etmiş ölkələr son iki ildə inkişaf etməkdə olan iqtisadiyyatlara malik ölkələrə iqlim dəyişikliyi ilə mübarizə məqsədilə təxminən 270 milyard dollar maliyyə dəstəyi göstərib. 2023-cü ildə iqlim maliyyələşdirilməsinin həcmi 132,8 milyard dollar, 2024-cü ildə isə 136,7 milyard dollar təşkil edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə İqlim layihələrinə yönəldilən vəsait üzrə 100 milyard dollarlıq hədəf ilk dəfə 2022-ci ildə aşılmışdı. Həmin il maliyyələşdirmə 115,9 milyard dollara çatmışdı. OECD-nin baş katibi Matias Korman bildirib ki, 100 milyard dollarlıq hədəf 2024-cü ildə ardıcıl üçüncü il üstələnib. “100 milyard dollarlıq hədəf 2024-cü ildə ardıcıl üçüncü dəfə aşılmışdır ki, bu da inkişaf etməkdə olan iqtisadiyyatların iqlim dəyişikliyinin təsirlərinin azaldılması və onlara uyğunlaşma istiqamətində dəstəklənməsinə aydın sadiqliyi göstərir”, – deyə Korman qeyd edib. Onun sözlərinə görə, bu dəstək inkişaf etməkdə olan ölkələrin iqlim hədəflərinə nail olması baxımından mühüm əhəmiyyət daşıyır. Son xəbərlər Ölkə xarici Ağ Ev ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb 02/06/2026 Neft və Qaz bp: Süni intellektlə yeni quyunun planlaşdırılma müddətini 300 gündən 50 günə endirmişik 02/06/2026 Şəxsi psixoloq Görüləcək işlər borc deyil, töhfədir: işlərin öhdəsindən gəlməyin zərif yolu 02/06/2026 Menecement (təyinatlar) “PAŞA Həyat Sığorta” şirkətində yeni təyinat 02/06/2026 Digər xəbərlər Ölkə xarici Ağ Ev ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb 02/06/2026 Neft və Qaz bp: Süni intellektlə yeni quyunun planlaşdırılma müddətini 300 gündən 50 günə endirmişik 02/06/2026 Şəxsi psixoloq Görüləcək işlər borc deyil, töhfədir: işlərin öhdəsindən gəlməyin zərif yolu 02/06/2026 Menecement (təyinatlar) “PAŞA Həyat Sığorta” şirkətində yeni təyinat 02/06/2026