Azərbaycanda yeni komissiya yaradılıb Ölkə daxili 02/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin edilməsi və qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə Komissiya yaradılıb. Banker.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin edilməsi, layihələrin planlaşdırılması və icrasında vahid yanaşmanın tətbiqi, həmçinin qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılıb: Komissiyanın sədri Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini Komissiya sədrinin müavini Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri Komissiyanın üzvləri: Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Azərbaycan Respublikası energetika nazirinin müavini Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini. Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılacaq və Katibliyin funksiyasının həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə həvalə ediləcək. Komissiya: – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən aparılan ilkin qiymətləndirmənin nəticələrinə əsasən təqdim olunan strateji investisiya layihələrinə baxılmasını və seçilməsini həyata keçirməli; – seçilmiş strateji investisiya layihələrinin siyahısını illik əsasda təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli; – strateji investisiya layihələrinin icrası zamanı aidiyyəti qurumlar arasında əlaqələndirməni, yaranan institusional, inzibati, texniki və digər maneələrin operativ olaraq aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsini təmin etməli; – strateji investisiya layihələrinin icrası ilə əlaqədar müvafiq təşviq tədbirləri, güzəşt mexanizmləri, infrastruktur dəstəyi, torpaq sahələrinin ayrılması, dövlət zəmanəti, subsidiya barədə və digər təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli; – ildə iki dəfə strateji investisiya layihələrinin icrası ilə bağlı məlumatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir. Müzakirə olunan strateji investisiya layihələrinin fəaliyyət istiqamətindən asılı olaraq, zəruri hallarda Komissiyanın üzvü olmayan digər dövlət orqanları (qurumları) Komissiyanın işinə cəlb oluna bilərlər. Son xəbərlər Bank xəbərləri AccessBank və Neurotime-dan media üçün innovativ təlim: “Süni İntellekt və Yeni Nəsil Jurnalistikası” 02/06/2026 Bank xəbərləri Expressbankdan sahibkarlara qızıl kimi təklif var! 02/06/2026 Texnologiya xəbərləri Vugar Usi: İnkişaf etməkdə olan bazarlar, uyğunluq və institusional yetkinlik rəqəmsal aktiv sənayesinin növbəti mərhələsini müəyyən edəcək 02/06/2026 Bank xəbərləri Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası 02/06/2026 Digər xəbərlər Bank xəbərləri AccessBank və Neurotime-dan media üçün innovativ təlim: “Süni İntellekt və Yeni Nəsil Jurnalistikası” 02/06/2026 Bank xəbərləri Expressbankdan sahibkarlara qızıl kimi təklif var! 02/06/2026 Texnologiya xəbərləri Vugar Usi: İnkişaf etməkdə olan bazarlar, uyğunluq və institusional yetkinlik rəqəmsal aktiv sənayesinin növbəti mərhələsini müəyyən edəcək 02/06/2026 Bank xəbərləri Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası 02/06/2026