“Alphabet” süni intellekt infrastrukturunun inkişafı üçün $80 milyard cəlb etməyi planlaşdırır İnvestisiyaTexnologiya xəbərləri 02/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Alphabet” bazarda 40 milyard dollar həcmində səhm yerləşdirməyi planlaşdırır. “Bloomberg”in yazdığına görə, söhbət birdəfəlik əlavə səhm yerləşdirməsindən (SPO) deyil, 2026-cı ilin üçüncü rübündən başlayaraq birjada mövcud bazar qiymətləri ilə kiçik səhm paketlərinin mərhələli satışından gedir. Şirkət həmçinin 30 milyard dollar məbləğində adi və imtiyazlı səhmlərin özəl yerləşdirilməsini həyata keçirəcək. Bundan əlavə, Berkshire Hathaway şirkəti vasitəsilə Uorren Baffet “Alphabet”ə 10 milyard dollar investisiya yatıracaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Bloomberg” qeyd edir ki, bu əməliyyatların ümumi həcmi onları “tarixdəki ən böyük səhm sövdələşmələrindən biri”nə çevirə bilər. Cəlb ediləcək vəsait hesablama infrastrukturunun genişləndirilməsinə və yeni süni intellekt həllərinin hazırlanmasına yönəldiləcək. “Alphabet” 2025-ci il üzrə hesabatında bildirib ki, 2026-cı ildə kapital xərclərini 175–185 milyard dollara çatdırmağı planlaşdırır. Proqnozun yuxarı həddi şirkətin 2025-ci ildəki xərclərini iki dəfədən çox üstələyir. 2026-cı ilin fevralında “Alphabet” ABŞ-də tarixinin ən böyük istiqraz yerləşdirməsini keçirərək süni intellekt layihələrinin maliyyələşdirilməsi üçün 20 milyard dollar cəlb etmişdi. Apreldə isə şirkət kapital xərcləri üzrə proqnozunu 180–190 milyard dollara qədər artırmışdı. TaglarAlphabetsüni intellekt Son xəbərlər Qeyri-bank kredit təşkilatları “FNC BOKT” maliyyə göstəricilərini açıqlayıb 02/06/2026 Bank xəbərləri AccessBank və Neurotime-dan media üçün innovativ təlim: “Süni İntellekt və Yeni Nəsil Jurnalistikası” 02/06/2026 Bank xəbərləri Expressbankdan sahibkarlara qızıl kimi təklif var! 02/06/2026 Texnologiya xəbərləri Vugar Usi: İnkişaf etməkdə olan bazarlar, uyğunluq və institusional yetkinlik rəqəmsal aktiv sənayesinin növbəti mərhələsini müəyyən edəcək 02/06/2026 Digər xəbərlər Qeyri-bank kredit təşkilatları “FNC BOKT” maliyyə göstəricilərini açıqlayıb 02/06/2026 Bank xəbərləri AccessBank və Neurotime-dan media üçün innovativ təlim: “Süni İntellekt və Yeni Nəsil Jurnalistikası” 02/06/2026 Bank xəbərləri Expressbankdan sahibkarlara qızıl kimi təklif var! 02/06/2026 Texnologiya xəbərləri Vugar Usi: İnkişaf etməkdə olan bazarlar, uyğunluq və institusional yetkinlik rəqəmsal aktiv sənayesinin növbəti mərhələsini müəyyən edəcək 02/06/2026