Fuad Çıraqov Azərbaycanın Gürcüstandakı təhsil müşaviri təyin edilib Menecement (təyinatlar) 02/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsinə təyinat olub. Banker.az xəbər verir ki, bu vəzifəyə Fuad Çıraqov təyin edilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qeyd edək ki, Fuad Çıraqov bu təyinatadək Azərbaycan Respublikası Təhsil İnstitutunda direktor müavini vəzifəsində çalışıb. O, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində, eləcə də Cənubi Qafqaz Tədqiqatlar Mərkəzində müxtəlif vəzifələrdə çalışıb, ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub. Fuad Çıraqov Bakı Dövlət Universitetinin Tarix fakültəsini bakalavriat və magistratura səviyyələri üzrə bitirib. Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində ABŞ-nin Kolumbiya Universitetində də sosiologiya ixtisası üzrə magistratura təhsili alıb. Xatırladaq ki, Azərbaycanın bəzi səfirliklərində Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini, Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin təhsil müəssisələrində təhsil almasına və təhsil hüquqlarının müdafiəsinə dəstək verilməsini, eləcə də bu istiqamətdə müvafiq əlaqələndirməni təmin etmək məqsədilə təhsil məsələləri üzrə müşavirlər fəaliyyət göstərir. TaglarAzərbaycanGürcüstan Son xəbərlər Qeyri-bank kredit təşkilatları “FNC BOKT” maliyyə göstəricilərini açıqlayıb 02/06/2026 Bank xəbərləri AccessBank və Neurotime-dan media üçün innovativ təlim: “Süni İntellekt və Yeni Nəsil Jurnalistikası” 02/06/2026 Bank xəbərləri Expressbankdan sahibkarlara qızıl kimi təklif var! 02/06/2026 Texnologiya xəbərləri Vugar Usi: İnkişaf etməkdə olan bazarlar, uyğunluq və institusional yetkinlik rəqəmsal aktiv sənayesinin növbəti mərhələsini müəyyən edəcək 02/06/2026 Digər xəbərlər Qeyri-bank kredit təşkilatları “FNC BOKT” maliyyə göstəricilərini açıqlayıb 02/06/2026 Bank xəbərləri AccessBank və Neurotime-dan media üçün innovativ təlim: “Süni İntellekt və Yeni Nəsil Jurnalistikası” 02/06/2026 Bank xəbərləri Expressbankdan sahibkarlara qızıl kimi təklif var! 02/06/2026 Texnologiya xəbərləri Vugar Usi: İnkişaf etməkdə olan bazarlar, uyğunluq və institusional yetkinlik rəqəmsal aktiv sənayesinin növbəti mərhələsini müəyyən edəcək 02/06/2026