Manato.az-da (SF Azerbaijan) mənfəət 58% azalıb, kreditlərin 45%-i gecikmədədir Qeyri-bank kredit təşkilatları 02/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda xırda kreditlər verən “Manato.az” və ya hüquqi adı ilə “SF Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı MMC 2025-ci ildə xalis mənfəətini 58% azaldaraq 15,8 milyon manata endirib. 2024-cü ildə 37,7 milyon manat olan mənfəət inzibati xərclərin 148% artıb 45 milyon manata çatması və borc satışından zərərin 16 dəfə artaraq 44,8 milyon manata yüksəlməsi səbəbindən kəskin aşağı düşüb. Banker.az xəbər verir ki, problemli kreditlərin 12,5 milyon manatlıq geri dönüşü (2024-cü ildə 22,1 milyon manat ayırma vardı) qismən kompensasiya rolunu oynasa da, xərclərin sürətli artımını ödəyə bilməyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Kredit təşkilatının faiz gəlirləri 6,2% artımla 99,5 milyon manata çatarkən, faiz xərcləri 73,5% azalaraq 0,8 milyon manat təşkil edib. Lakin ümumi xərclər (faiz xərci, inzibati xərclər, borc satışından zərər və valyuta zərəri) 22,5 milyon manatdan 92,4 milyon manata yüksəlib, nəticədə gəlir-xərc nisbəti kəskin pisləşib. Cəmi aktivlər 40,6% azalaraq 48,5 milyon manata düşüb. Xalis kredit portfeli 50,6% sıxılaraq 28,6 milyon manat olub və aktivlər daxilində payı 70,9%-dən 58,9%-ə geriləyib ki, bu da onun əsas biznesində gerilməsinə işarədir. Lakin portfelin keyfiyyət göstəriciləri ilə bağlı ciddi məqamlar var. 90 gündən çox gecikmiş kreditlərin məbləği 15,9 milyon manatdan 9 milyon manata düşsə də, ümumi kredit portfelinin daha sürətli azalması nəticəsində onların portfeldəki payı 18,7%-dən 21,4%-ə yüksəlib. Vaxtı keçmiş kreditlərin ümumi həcmi 38,6 milyon manatdan 18,8 milyon manata düşməklə portfeldəki payı 44%-45 faiz ətrafında qalıb. Beləliklə hər ikinci kredit gecikmə vəziyyətindədir. BOKT 2025-ci ildə 8,9 milyon manat məbləğində kreditləri silib ki, bu da öncəki ildəki kiçik rəqəmlər müqayisədə kəskin böyümədir. Cəmi öhdəliklər 81,1% azalmaqla 8,7 milyon manata enib. Əsas səbəb borc alınmış vəsaitlərin 20,5 milyon manatdan ilin sonuna 2,2 milyon manata qədər azalmasıdır. Kapital 11,8% artaraq 39,8 milyon manat, bölüşdürülməmiş mənfəət isə 11,9% artaraq 39,5 milyon manat təşkil edib. BOKT 2025-ci ildə 11,6 milyon manat (2024-cü ildə 1,4 milyon manat) dividend ödəyib. Xatırladaq ki, Manato.az və ya “SF Azerbaijan” BOKT MMC-nin nizamnamə kapitalı 300 min manatdır. Səhmdarları AS HSFCA (95,5%), Rufat Quliyev (2,5%) və Krists Krumins (2,0%) adlı şəxslərdir. TaglarManato.azSF AzerbaijanSF Azerbaijan BOKT Son xəbərlər Menecement (təyinatlar) “PAŞA Bank”dan TƏBİB-ə transfer 02/06/2026 Qeyri-bank kredit təşkilatları “FNC BOKT” maliyyə göstəricilərini açıqlayıb 02/06/2026 Bank xəbərləri AccessBank və Neurotime-dan media üçün innovativ təlim: “Süni İntellekt və Yeni Nəsil Jurnalistikası” 02/06/2026 Bank xəbərləri Expressbankdan sahibkarlara qızıl kimi təklif var! 02/06/2026 Digər xəbərlər Menecement (təyinatlar) “PAŞA Bank”dan TƏBİB-ə transfer 02/06/2026 Qeyri-bank kredit təşkilatları “FNC BOKT” maliyyə göstəricilərini açıqlayıb 02/06/2026 Bank xəbərləri AccessBank və Neurotime-dan media üçün innovativ təlim: “Süni İntellekt və Yeni Nəsil Jurnalistikası” 02/06/2026 Bank xəbərləri Expressbankdan sahibkarlara qızıl kimi təklif var! 02/06/2026