“FNC BOKT” maliyyə göstəricilərini açıqlayıb Qeyri-bank kredit təşkilatları 02/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “FNC BOKT” QSC 2025-ci ildə xalis mənfəəti 66.5% artaraq 1.97 milyon manatlıq səviyyədən 3.28 milyon manata yüksəlib. Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Ötən il kredit təşkilatının faiz gəlirləri 2 dəfə artaraq 5 milyon 233 min manata çatıb. Hesabat dövründə BOKT-un cəmi aktivləri 18.2% artım nümayiş etdirməklə 50 milyon 390 min manat təşkil edib. Müştərilərə verilmiş xalis kreditlərin ümumi həcmi il ərzində 16.4% çoxalaraq 42.51 milyon manatdan 49.49 milyon manata bərabər olub. Şirkətin cəmi öhdəlikləri 40 milyon 256 min manatdan 43 milyon 235 min manata, cəmi kapitalı 2 milyon 377 min manatdan 7 milyon 155 min manata yüksəlib. Xatırladaq ki, FNC 2021-ci ildə yaradılıb və nizamnamə kapitalı 1.8 milyon manatdır. BOKT-un səhmdarı 100 % Xəqani Məmmədovdur. Taglar2025-ci il maliyyə hesabatıFNC BOKT Son xəbərlər Menecement (təyinatlar) “PAŞA Bank”dan TƏBİB-ə transfer 02/06/2026 Qeyri-bank kredit təşkilatları Manato.az-da (SF Azerbaijan) mənfəət 58% azalıb, kreditlərin 45%-i gecikmədədir 02/06/2026 Bank xəbərləri AccessBank və Neurotime-dan media üçün innovativ təlim: “Süni İntellekt və Yeni Nəsil Jurnalistikası” 02/06/2026 Bank xəbərləri Expressbankdan sahibkarlara qızıl kimi təklif var! 02/06/2026 Digər xəbərlər Menecement (təyinatlar) “PAŞA Bank”dan TƏBİB-ə transfer 02/06/2026 Qeyri-bank kredit təşkilatları Manato.az-da (SF Azerbaijan) mənfəət 58% azalıb, kreditlərin 45%-i gecikmədədir 02/06/2026 Bank xəbərləri AccessBank və Neurotime-dan media üçün innovativ təlim: “Süni İntellekt və Yeni Nəsil Jurnalistikası” 02/06/2026 Bank xəbərləri Expressbankdan sahibkarlara qızıl kimi təklif var! 02/06/2026