Bloomberg: Hindistan Mərkəzi Bankı valyuta ehtiyatlarını artırmaq üçün 12 mlrd. dollarlıq qızıl satıb İqtisadiyyat 02/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Hindistan Ehtiyat Bankı (RBI) Yaxın Şərqdəki müharibə fonunda valyuta aktivlərini artırmaq məqsədilə may ayında iki həftə ərzində ehtiyatlarından təxminən 12 milyard dollar dəyərində qızıl satıb. Bu barədə ekspertlərə istinadən “Bloomberg” agentliyi məlumat yayıb. Onların qiymətləndirməsinə görə, qızıl satışı RBI-yə 7,5 milyard dollar həcmində likvid valyuta aktivləri almağa imkan verib. Bu addım Hindistandan xarici investisiyaların çıxışı fonunda Hindistan rupisinin məzənnəsini sabitləşdirməyə kömək edib və Yaxın Şərqdəki münaqişə səbəbindən enerji daşıyıcılarının bahalaşması fonunda azalan valyuta ehtiyatlarının qorunmasına dəstək verib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Bloomberg” qeyd edir ki, ABŞ dollarının zəifləməsi, xarici kapital axınının bərpası və xam neft qiymətlərinin enməsi halında RBI-nin valyuta ehtiyatlarını artırmağa davam edəcəyi gözlənilir. Hindistan Mərkəzi Bankının daha əvvəl açıqladığı məlumata görə, mart ayının sonuna ölkənin qızıl ehtiyatları 880 metrik tondan çox olub. Bu ehtiyatların 77%-i ölkə daxilində saxlanılırdı. Hindistanın xaricdə yerləşdirilən qızıl ehtiyatlarının böyük hissəsi İngiltərə Bankı və Beynəlxalq Hesablaşmalar Bankında yerləşdirilib. TaglarHindistan Mərkəzi Bankıqızıl Son xəbərlər Telekommunikasiya “Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi 02/06/2026 Elnur Quliyev Azərbaycanda iqtisadi zonalar: sənaye parkları və məhəllələr [bloq] 02/06/2026 Nəqliyyat Bakı–Tbilisi–Qars dəmir yolunda sərnişin daşınması nəzərdə tutulmur 02/06/2026 Bank xəbərləri PAŞA Bank kiçik və orta biznes müştərilərinə özəl yeni “Oyun 360” məhsulunu təqdim edib 02/06/2026 Digər xəbərlər Telekommunikasiya “Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi 02/06/2026 Elnur Quliyev Azərbaycanda iqtisadi zonalar: sənaye parkları və məhəllələr [bloq] 02/06/2026 Nəqliyyat Bakı–Tbilisi–Qars dəmir yolunda sərnişin daşınması nəzərdə tutulmur 02/06/2026 Bank xəbərləri PAŞA Bank kiçik və orta biznes müştərilərinə özəl yeni “Oyun 360” məhsulunu təqdim edib 02/06/2026