PAŞA Bank kiçik və orta biznes müştərilərinə özəl yeni “Oyun 360” məhsulunu təqdim edib Bank xəbərləri 02/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Bu məhsul “PAŞA Bank Biznes” veb platformasında istifadəyə verilib. “Oyun 360” biznes müştərilərinə bankın məhsul və xidmətlərini daha rahat anlamağa və nəticədə effektiv istifadə imkanı verir. Məhsul sayəsində bank əməliyyatları oyun təcrübəsinə çevrilir və müştəri üçün əlavə dəyər yaranır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Müştərilər “PAŞA Bank Biznes” veb platformasına daxil olaraq quizlərdə iştirak edə, bank məhsullarından aktiv istifadə etdikcə xal toplaya bilərlər. Toplanmış xallar əsasında həftəlik və aylıq reytinqlər formalaşır; ən yüksək nəticə göstərənlər isə qaliblər sırasına daxil olaraq MacBook, AirPods, Apple Watch və digər dəyərli hədiyyələrlə mükafatlandırılır. Məhsulla daha ətraflı tanış olmaq üçün linkə keçid edin. Qeyd edək ki, PAŞA Bank korporativ, kiçik və orta bizneslər üçün investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi və aktivlərin idarə olunması istiqamətlərində geniş xidmət portfeli ilə çıxış edir. Beynəlxalq reytinq agentliyi Moody’s Ratings Bankın uzunmüddətli yerli və xarici valyutada depozit reytinqini “Ba2” səviyyəsində və reytinq üzrə proqnozu isə “müsbət” olaraq müəyyən edib. Bundan əlavə, digər beynəlxalq reytinq agentliyi Standard & Poor’s 2026-cı ildə Bankın kredit reytinqini “BB-/B” səviyyəsində “müsbət” proqnoz ilə təsdiqləyib. Bank International Investor Magazine tərəfindən 2026-cı il üzrə “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” seçilib. 2024–2025-ci illərdə Euromoney, Global Finance və Stevie Awards tərəfindən də bir sıra beynəlxalq mükafatlara layiq görülüb, o cümlədən Stevie Awards-da “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub. TaglarPAŞA Bank Son xəbərlər Telekommunikasiya “Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi 02/06/2026 İqtisadiyyat Bloomberg: Hindistan Mərkəzi Bankı valyuta ehtiyatlarını artırmaq üçün 12 mlrd. dollarlıq qızıl satıb 02/06/2026 Elnur Quliyev Azərbaycanda iqtisadi zonalar: sənaye parkları və məhəllələr [bloq] 02/06/2026 Nəqliyyat Bakı–Tbilisi–Qars dəmir yolunda sərnişin daşınması nəzərdə tutulmur 02/06/2026 Digər xəbərlər Telekommunikasiya “Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi 02/06/2026 İqtisadiyyat Bloomberg: Hindistan Mərkəzi Bankı valyuta ehtiyatlarını artırmaq üçün 12 mlrd. dollarlıq qızıl satıb 02/06/2026 Elnur Quliyev Azərbaycanda iqtisadi zonalar: sənaye parkları və məhəllələr [bloq] 02/06/2026 Nəqliyyat Bakı–Tbilisi–Qars dəmir yolunda sərnişin daşınması nəzərdə tutulmur 02/06/2026