BP və SOCAR vahid seysmik məlumat bazası yaradır Neft və Qaz 02/06/2026 Paylaş FacebookXWhatsAppTelegram BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizinin Azərbaycan sektorunda toplanmış bütün dəniz seysmik məlumatlarının vahid həcmdə birləşdirilməsi üzrə layihə həyata keçirir. Banker.az xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezident Dən Sparks Bakı Enerji həftəsinin ikinci günündə təşkil olunmuş panel müzakirələrində bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, layihənin məqsədi Xəzərdəki mövcud məlumat boşluqlarını müəyyən etmək və gələcək kəşfiyyat işlərinin səmərəliliyini artırmaqdır: “BP və SOCAR hazırda Azərbaycanın Xəzər sektorunda mövcud olan bütün dəniz seysmik məlumatlarını bir böyük məlumat bazasında birləşdirmək üzərində işləyir. Bu, gələcək kəşfiyyat işləri üçün mühüm əsas yaradacaq. Xəzər hövzəsi karbohidrogen ehtiyatlarının sıxlığı baxımından hətta Meksika körfəzini də üstələyir. Buna baxmayaraq, bölgədə hələ də kifayət qədər öyrənilməmiş ərazilər və seysmik məlumat boşluqları mövcuddur. Yeni ehtiyatların aşkarlanması üçün əlavə seysmik məlumatların toplanması və mövcud məlumatların inteqrasiyası əsas rol oynayacaq”. MənbəReport TaglarBPSOCAR Son xəbərlər Telekommunikasiya “Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi 02/06/2026 İqtisadiyyat Bloomberg: Hindistan Mərkəzi Bankı valyuta ehtiyatlarını artırmaq üçün 12 mlrd. dollarlıq qızıl satıb 02/06/2026 Elnur Quliyev Azərbaycanda iqtisadi zonalar: sənaye parkları və məhəllələr [bloq] 02/06/2026 Nəqliyyat Bakı–Tbilisi–Qars dəmir yolunda sərnişin daşınması nəzərdə tutulmur 02/06/2026 Digər xəbərlər Telekommunikasiya “Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi 02/06/2026 İqtisadiyyat Bloomberg: Hindistan Mərkəzi Bankı valyuta ehtiyatlarını artırmaq üçün 12 mlrd. dollarlıq qızıl satıb 02/06/2026 Elnur Quliyev Azərbaycanda iqtisadi zonalar: sənaye parkları və məhəllələr [bloq] 02/06/2026 Nəqliyyat Bakı–Tbilisi–Qars dəmir yolunda sərnişin daşınması nəzərdə tutulmur 02/06/2026