Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? Vergi xəbərləri 02/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Mən pensiyaçıyam, lakin qeydiyyatda olduğum ev həyat yoldaşımın adınadır. Belə olan halda əmlak vergisinə görə 30 manatlıq güzəşt mənə, yəni yaşadığımız evə şamil olunurmu? İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxs mülkiyyətində olan yaşayış sahəsinə görə əmlak vergisinin ödəyicisidir və Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinin müddəalarına əsasən, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalar, o cümlədən fərdi yaşayış evləri əmlak vergisinin vergitutma obyektidir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Vergi Məcəlləsinin 199.3-cü maddəsinə əsasən, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, Vergi Məcəlləsinin 102.1-ci və 102.2-ci maddələrində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır. Sorğuya cavab olaraq bildirilib ki, pensiyaçılar üçün nəzərdə tutulan 30 manatlıq güzəşt yalnız pensiyaçının öz mülkiyyətində olan binalara tətbiq edilir. Həyat yoldaşı pensiyaçı deyilsə, o, əmlak vergisini tam məbləğdə ödəməlidir. Əsas: Vergi Məcəlləsinin 197 və 199.3-cü maddələri Mənbəvergiler.az TaglarPensiyaçıvergi güzəşti Son xəbərlər Bank xəbərləri “Unibank” bu şirkətdəki payını digər banka satıb 02/06/2026 Telekommunikasiya “Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi 02/06/2026 İqtisadiyyat Bloomberg: Hindistan Mərkəzi Bankı valyuta ehtiyatlarını artırmaq üçün 12 mlrd. dollarlıq qızıl satıb 02/06/2026 Elnur Quliyev Azərbaycanda iqtisadi zonalar: sənaye parkları və məhəllələr [bloq] 02/06/2026 Digər xəbərlər Bank xəbərləri “Unibank” bu şirkətdəki payını digər banka satıb 02/06/2026 Telekommunikasiya “Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi 02/06/2026 İqtisadiyyat Bloomberg: Hindistan Mərkəzi Bankı valyuta ehtiyatlarını artırmaq üçün 12 mlrd. dollarlıq qızıl satıb 02/06/2026 Elnur Quliyev Azərbaycanda iqtisadi zonalar: sənaye parkları və məhəllələr [bloq] 02/06/2026