Əbu-Dabi əmlak icarəsi qiymətlərini dondurub Ölkə xarici 02/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Əbu-Dabi Daşınmaz Əmlakın Tənzimlənməsi Mərkəzi (ADREC) yaşayış, kommersiya və sənaye obyektləri üzrə bütün icarə müqavilələri üçün icarə haqlarının müvəqqəti dondurulduğunu elan edib. Bu barədə “Aletihad” nəşri qurumun “X” sosial şəbəkəsində yaydığı rəsmi açıqlamaya istinadən məlumat verib. “İcarə haqqınız dəyişməz qalır. Əbu-Dabidə müvəqqəti tədbir tətbiq olunub və onun qüvvədə olduğu müddətdə bütün icarə müqavilələrinin yenilənməsi icarə haqqı artırılmadan həyata keçiriləcək”, – deyə açıqlamada bildirilir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bundan əlavə, əvvəllər icarədə olmuş obyektlər üzrə bağlanacaq yeni müqavilələrin də əvvəlki icarə haqqı ilə təklif ediləcəyi qeyd olunub. İcarə haqlarının dondurulması İran ətrafında davam edən silahlı münaqişə fonunda tətbiq edilir və əmirliyin iqtisadiyyatını, eləcə də əhalisini dəstəkləməyə yönəlib. Açıqlamada vurğulanır ki, icarə haqlarının artırılması üzrə icazə verilən limit müvəqqəti olaraq 5%-dən 0%-ə endirilib. Qərar xüsusi göstəriş verilənədək qüvvədə qalacaq. Əbu-Dabinin daşınmaz əmlak bazarı son illərdə sabit artım nümayiş etdirib. 2025-ci ilin ilk doqquz ayında daşınmaz əmlak əməliyyatlarının həcmi 48% artaraq 94 milyard dirhəmə (25,6 milyard dollar) çatıb. 2026-cı ilin birinci rübündə isə əməliyyatların dəyəri artıq 66 milyard dirhəm (17,9 milyard dollar) təşkil edib, əməliyyatların sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artıb. Bununla belə, İranla münaqişənin uzanması region üçün ciddi iqtisadi risklər yaradır. “Goldman Sachs”ın proqnozuna görə, BƏƏ bu il ÜDM-in təxminən 5%-ni itirə bilər. Bu fonda BƏƏ hakimiyyəti daha əvvəl də sabitləşdirici tədbirlər həyata keçirib. Mart ayının əvvəlində İranın hücumları fonunda bazarın kəskin eniş riski səbəbindən Əbu-Dabi və Dubay birjalarının fəaliyyəti iki gün müddətinə dayandırılmışdı. TaglarƏbu-Dabi Son xəbərlər FinTex Mərkəzi Bank “Paysis”in (E-PUL) lisenziyasını ləğv etdi 02/06/2026 Yerli biznes xəbərləri 4 ayda ixracdan ən çox qazanan şirkətlərin siyahısı açıqlandı 02/06/2026 Sığorta xəbərləri Ombudsman: Hüquqi şəxslərin əmanətləri də sığortalanmalıdır 02/06/2026 Qeyri-bank kredit təşkilatları “MCB BOKT”un xalis mənfəəti 7%-dən çox azalıb 02/06/2026 Digər xəbərlər FinTex Mərkəzi Bank “Paysis”in (E-PUL) lisenziyasını ləğv etdi 02/06/2026 Yerli biznes xəbərləri 4 ayda ixracdan ən çox qazanan şirkətlərin siyahısı açıqlandı 02/06/2026 Sığorta xəbərləri Ombudsman: Hüquqi şəxslərin əmanətləri də sığortalanmalıdır 02/06/2026 Qeyri-bank kredit təşkilatları “MCB BOKT”un xalis mənfəəti 7%-dən çox azalıb 02/06/2026