“MCB BOKT”un xalis mənfəəti 7%-dən çox azalıb Qeyri-bank kredit təşkilatları 02/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “MCB Bank Olmayan Kredit Təşkilatı” QSC-nin xalis mənfəəti əvvəlki ilin 1 milyon 667 min manatlıq nəticəsi ilə müqayisədə 7.3% geriləyərək 1 milyon 545 min manata düşüb. Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Ötən il BOKT-un faiz gəlirləri 29% artaraq 6 milyon 667 min manata, inzibati və ümumi xərcləri 68.2% yüksəlmə qeyd edərək 680 543 manata çatıb. Hesabat dövründə “MCB Bank Olmayan Kredit Təşkilatı”nın cəmi aktivləri 45 milyon 264 min manata bərabər olub ki, bu da illik müqayisədə 33% artımdır. Bunun 14 milyon 533 min manatı müştərilərə verilmiş kreditlərdir. Xatırladaq ki, “MCB”nin nizamnamə kapitalı 4.284 milyon manatdır. Şirkətin səhmlərinin böyük hissəsi (99.94%) Pakistanın “MCB Bank”ına, qalan 0.06%-lik payı isə İdarə Heyətinin sədri Rəmal Cəfərova məxsusdur. Taglar2025-ci il maliyyə hesabatıMCB BOKT Son xəbərlər FinTex Mərkəzi Bank “Paysis”in (E-PUL) lisenziyasını ləğv etdi 02/06/2026 Yerli biznes xəbərləri 4 ayda ixracdan ən çox qazanan şirkətlərin siyahısı açıqlandı 02/06/2026 Sığorta xəbərləri Ombudsman: Hüquqi şəxslərin əmanətləri də sığortalanmalıdır 02/06/2026 Ölkə xarici Əbu-Dabi əmlak icarəsi qiymətlərini dondurub 02/06/2026 Digər xəbərlər FinTex Mərkəzi Bank “Paysis”in (E-PUL) lisenziyasını ləğv etdi 02/06/2026 Yerli biznes xəbərləri 4 ayda ixracdan ən çox qazanan şirkətlərin siyahısı açıqlandı 02/06/2026 Sığorta xəbərləri Ombudsman: Hüquqi şəxslərin əmanətləri də sığortalanmalıdır 02/06/2026 Ölkə xarici Əbu-Dabi əmlak icarəsi qiymətlərini dondurub 02/06/2026