Keçən il Azərbaycanda ultra-lüks avtmobillər “Rolls-Royce” və “Bentley”nin sayı yüksəlib Nəqliyyat 02/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda “Bentley” markalı minik avtomobillərinin sayı artmaqda davam edir. 2026-cı ilin 1 yanvarına ölkədə 392 “Bentley” qeydə alınıb. Bu göstərici 2025-ci ildə 371, 2024-cü ildə isə 356 olmuşdu. Beləliklə, son bir ildə ölkədə “Bentley”lərin sayı 21 ədəd və ya 5.66% artıb. Bu barədə Banker.az-ın ötən həftə tərtib etdiyi siyahıda bildirilir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Hummer” markalı avtomobillərin sayı isə son illərdə demək olar dəyişməyib. 2026-cı ilin əvvəlinə ölkədə 349 “Hummer” olub. Bu göstərici 2025-ci ildə də 349, 2024-cü ildə isə 350 idi. Beləliklə, markanın avtomobil parkında son iki ildə faktiki olaraq sabitlik müşahidə edilir. Lüks seqmentdə ən sürətli artımlardan biri “Rolls-Royce” markasında qeydə alınıb. 2026-cı ilin 1 yanvarına Azərbaycanda 85 “Rolls-Royce” markalı avtomobil qeydə alınıb. Halbuki bu rəqəm 2025-ci ildə 74, 2024-cü ildə isə 66 idi. Beləliklə, son bir ildə “Rolls-Royce” avtomobillərinin sayı 11 ədəd və ya 14.86% artıb. Elan saytlarında satışa çıxarılan “Rolls-Royce” avtomobilləri arasında ən bahalı model 2025-ci il istehsalı “Rolls-Royce Cullinan” olub və onun qiyməti 1.36 milyon manat təşkil edir. Bundan başqa, 2024-cü il istehsalı “Rolls-Royce Spectre” 833 min manata, 2020-ci il istehsalı digər “Cullinan” modeli isə 714 min manata təklif olunur. Satış elanlarında həmçinin 476 min manata “Rolls-Royce Wraith”, 280.5 min manata isə “Rolls-Royce Ghost” modelləri yer alıb. “Bentley” markalı avtomobillərin satış qiymətləri də kifayət qədər yüksəkdir. Hazırda satışda olan ən bahalı “Bentley” 2025-ci il istehsalı “Continental GTC” modelidir və 870.5 min manata təklif edilir. Eyni zamanda 2025-ci il istehsalı “Continental GT” modellərinin qiyməti 811-851 min manat, “Flying Spur” modellərinin qiyməti 712-782 min manat, “Bentayga” modellərinin qiyməti isə 643-770 min manat arasında dəyişir. Daha əvvəlki istehsal illərinə aid avtomobillər arasında 2023-cü il istehsalı “Flying Spur” 518.5 min manata, 2023-cü il istehsalı “Continental GT” isə 563.9 min manata satışa çıxarılıb. Son xəbərlər FinTex Mərkəzi Bank “Paysis”in (E-PUL) lisenziyasını ləğv etdi 02/06/2026 Yerli biznes xəbərləri 4 ayda ixracdan ən çox qazanan şirkətlərin siyahısı açıqlandı 02/06/2026 Sığorta xəbərləri Ombudsman: Hüquqi şəxslərin əmanətləri də sığortalanmalıdır 02/06/2026 Ölkə xarici Əbu-Dabi əmlak icarəsi qiymətlərini dondurub 02/06/2026 Digər xəbərlər FinTex Mərkəzi Bank “Paysis”in (E-PUL) lisenziyasını ləğv etdi 02/06/2026 Yerli biznes xəbərləri 4 ayda ixracdan ən çox qazanan şirkətlərin siyahısı açıqlandı 02/06/2026 Sığorta xəbərləri Ombudsman: Hüquqi şəxslərin əmanətləri də sığortalanmalıdır 02/06/2026 Ölkə xarici Əbu-Dabi əmlak icarəsi qiymətlərini dondurub 02/06/2026