“Kontakt Home”a yaxın BOKT ilk ilində 38 mln. manat gəlirə qarşı 23 mln. manat xalis mənfəət əldə edib Digər xəbərlər 02/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Kontakt Home” və ya “ABC Telekom” MMC-yə yaxın olan “Nova Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC 2025-ci ildə 23 milyon manat xalis mənfəət əldə edib. Halbuki, ötən il 72 min manat xalis zərər qeydə alınmışdı. Banker.az-ın apardığı hesablamalara görə, mənfəətə keçidin əsas səbəbi qeyri-faiz gəlirlərinin (əsasən komissiya gəlirləri) kəskin artımı olub – bu gəlirlər 31.85 milyon manata çataraq illik müqayisədə təxminən 860 dəfə yüksəlib. Vacib bir qeyd odur ki, bu BOKT 2024-cü ildən fəaliyyətə başlasa da, 2025-ci ildən tam gücü ilə başlayıb ki, bu səbəbdən də hesabatlar illik müqayisədə bu qədər kəskin fərq verir. Eyni dövrdə faiz gəlirləri də min manatdan 6.5 dəfə artaraq 6.54 milyon manatı keçib, lakin ümumi gəlir strukturunda payı cüzi, 0,02% təşkil edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Kredit təşkilatın ümumi əməliyyat gəlirləri (faiz və qeyri-faiz) 31.86 milyon manat olub. Ümumi xərclər (o cümlədən inzibati, amortizasiya, ehtiyat və vergi xərcləri) 8.86 milyon manata yüksəlib. Cəmi aktivlər 31 dekabr 2025-ci il tarixinə 137.5 milyon manat təşkil edib – ötən ilin eyni dövrü ilə müqayisədə 12.6 dəfə artımdır. Kredit portfelinin həcmi 137,328 milyon manat olub. Bunun 60 milyonu qısa müddəti, 76 milyon manatı uzunmüddətlidir. Cəmi öhdəliklər 105.59 milyon manat, cəmi kapital isə 31.91 milyon manat təşkil edib. Bölüşdürülməmiş mənfəət 22.92 milyon manata yüksəlib, ötən il 82,4 min manat zərər qeydə alınmışdı. Hesabat dövründə səhmdarların Ümumi Yığıncağı ehtiyatlı mövqe sərgiləyərək kapital mövqeyinin güclü saxlanılması istiqamətində dividend ayırmağa tələsməyiblər. İşçilərin orta sayı 2024-cü ildə 14 nəfərdən 2025-ci ildə 251 nəfərə yüksəlib. Şirkət 22 may 2023-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 9 milyon manat, nəzrət və qanuni təmsilçisi Həsən İsrafilzadə Fazil oğludur. Həsən İsrafilzadə “Kontakt Home” və ya “ABC Telekom” MMC-nin direktorudur. Son xəbərlər FinTex Mərkəzi Bank “Paysis”in (E-PUL) lisenziyasını ləğv etdi 02/06/2026 Yerli biznes xəbərləri 4 ayda ixracdan ən çox qazanan şirkətlərin siyahısı açıqlandı 02/06/2026 Sığorta xəbərləri Ombudsman: Hüquqi şəxslərin əmanətləri də sığortalanmalıdır 02/06/2026 Ölkə xarici Əbu-Dabi əmlak icarəsi qiymətlərini dondurub 02/06/2026 Digər xəbərlər FinTex Mərkəzi Bank “Paysis”in (E-PUL) lisenziyasını ləğv etdi 02/06/2026 Yerli biznes xəbərləri 4 ayda ixracdan ən çox qazanan şirkətlərin siyahısı açıqlandı 02/06/2026 Sığorta xəbərləri Ombudsman: Hüquqi şəxslərin əmanətləri də sığortalanmalıdır 02/06/2026 Ölkə xarici Əbu-Dabi əmlak icarəsi qiymətlərini dondurub 02/06/2026