“Strategy” dörd ildən sonra ilk dəfə 2,5 milyon dollarlıq “Bitcoin” satıb Kripto valyutalar 02/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Kriptovalyutaların ən böyük korporativ sahibi olan “Strategy” 32 bitcoini orta hesabla hər biri 77 135 dollardan sataraq təxminən 2,5 milyon dollar əldə edib. “Strategy” ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi hesabatda bildirib ki, əməliyyat mayın 26–31-i tarixləri arasında həyata keçirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Şirkət bitcoin ehtiyatlarının formalaşdırılması və idarə olunması ilə məşğuldur. Kriptovalyuta alışları üçün vəsait isə qiymətli kağızların yerləşdirilməsi yolu ilə cəlb edilir. Şirkətin qurucusu Maykl Seylor uzun illər ərzində heç bir halda bitcoin satmayacağını bəyan edib və bir dəfə “bitcoin satmaqdansa böyrəyimi satmağı üstün tutaram” ifadəsini işlədib. Lakin bitcoinin qiymətinin gözləniləndən aşağı qalması və buraxılmış səhmlər və istiqrazlar üzrə öhdəliklərin artması şirkəti borcların ödənilməsi üçün ehtiyatlarından istifadə etməyə məcbur edib. SEC-ə təqdim edilən sənəddə bildirilir ki, bitcoin satışından əldə olunan vəsait imtiyazlı səhmlər üzrə dividend ödənişlərinə yönəldiləcək. Bunlara STRC, STRF və digər proqramlar daxildir. Bundan bir həftə əvvəl “Strategy” dollar ehtiyatlarından istifadə edərək 1,5 milyard dollarlıq istiqrazları geri alıb. Şirkət bu ehtiyatı ötən ilin dekabrında mümkün ayı bazarına hazırlaşmaq məqsədilə formalaşdırmağa başlayıb. Fevral ayında ehtiyatların həcmi 2,25 milyard dollara çatmışdı. İyunun 1-də SEC-ə təqdim olunan sənədə görə, hazırda bu ehtiyatlarda 900 milyon dollar qalır. Son bir ay ərzində Seylor müxtəlif müsahibələrdə dividend ödənişlərini maliyyələşdirmək üçün bitcoinlərin bir hissəsinin satılmasının mümkünlüyündən bir neçə dəfə danışıb. Onun sözlərinə görə, “Strategy” bazarı bu cür satışlara qarşı “immunlaşdırmaq” niyyətindədir. Buna görə də satış xəbəri investorlar üçün gözlənilməz olmayıb. Bununla belə, bitcoinin məzənnəsi xəbərə mənfi reaksiya verib. Xəbərin yayılmasından dərhal sonra dünyanın ən böyük kriptovalyutasının qiyməti apreldən bəri ən aşağı səviyyəyə enərək qısa müddət ərzində 71,8 min dollara düşüb. Bakı vaxtı ilə saat 17:00-a olan məlumata görə isə bitcoin təxminən 72,1 min dollar səviyyəsində ticarət olunurdu. TaglarbitcoinStrategy Son xəbərlər Sığorta xəbərləri A-Qroup tərəfindən rəqəmsal dəstək 02/06/2026 Yerli biznes xəbərləri Azərbaycanın çiyələk ixracından gəliri 5 dəfə artıb 02/06/2026 Kapital bazarı “Assist Finance İnvestisiya Şirkəti”nin xalis mənfəəti 57% azalıb 02/06/2026 Ölkə daxili Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq 02/06/2026 Digər xəbərlər Sığorta xəbərləri A-Qroup tərəfindən rəqəmsal dəstək 02/06/2026 Yerli biznes xəbərləri Azərbaycanın çiyələk ixracından gəliri 5 dəfə artıb 02/06/2026 Kapital bazarı “Assist Finance İnvestisiya Şirkəti”nin xalis mənfəəti 57% azalıb 02/06/2026 Ölkə daxili Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq 02/06/2026