A-Qroup tərəfindən rəqəmsal dəstək Sığorta xəbərləri 02/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ®A-Qroup sığorta şirkəti sağlamlığın qorunması proqramlarını yeni səviyyəyə yüksəltdi — artıq məşhur tibbi sığorta məhsulları olan «Ailə» və «Özəl» təkmilləşdirilərək yeni formatda təqdim olunur: «AİLƏ+» və «Özəl+». Bu proqramların əsas üstünlüyü Telesəhiyyə xidmətidir. Məhz bu xidmət sayəsində A-Qroup-un tibbi dəstəyi hər kəs üçün daha yaxın, daha əlçatan və daha rahat olub. Telesəhiyyə – səhiyyəni tamamilə dəyişdirə biləcək bir perspektivli sahədir. Bu tibbi xidmət ölkənin ən yaxşı praktiki həkimləri ilə distant əlaqə saxlamağa imkan yaradır. Onlayn konsultasiyalar istənilən rahat formatda — audio, video və ya çat vasitəsilə mobil tətbiqdə və ya vebsaytda həyata keçirilir. Bu xidmət evdən və ya ofisdən çıxmadan peşəkar tibbi dəstək almağa, vaxta qənaət etməyə, klinikalara getməkdən, uzun gözləmə müddətindən və növbələrdən yayınmağa imkan yaradır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə «AİLƏ+» və «Özəl+» özünüzü və yaxınlarınızı böyük maliyyə xərclərindən qorumaq, xəstəliklərin vaxtında aşkarlanması ehtimalını artırmaq və effektiv müalicə imkanlarını genişləndirmək üçün sadə və əlçatan həll yoludur. Bu proqramların əsas üstünlüklərindən biri də ciddi simptomlar yaranmadan əvvəl sağlamlıqla bağlı ən ehtimal olunan problemləri müəyyən etməyə imkan verən PULSUZ genişləndirilmiş Check Up müayinəsi olaraq qalır. Check Up proqramına onkoloji xəstəliklərin, B və C hepatitlərinin aşkarlanması və diaqnostikası, qanda şəkər və xolesterin səviyyəsinin müəyyən edilməsi üçün lazım olan müayinə və analizlər daxildir. «AİLƏ+» və «Özəl+» proqramları üzrə tibbi xidmətlər üçün 15 000 AZN-dək sığorta təminatı nəzərdə tutulur. Xatırladırıq ki, «AİLƏ+» proqramı 3 və daha çox ailə üzvü üçün nəzərdə tutulub. Tibbi təminatla yanaşı, «AİLƏ+» və «Özəl+» proqram sahiblərinə əlavə xidmət və üstünlüklər də təqdim olunur: «A-Qroup Mobile Concierge» mobil tətbiqində SOS düyməsi vasitəsilə sığorta şirkəti ilə təcili əlaqə — bir toxunuş kifayətdir ki, dispetçerlər müştərinin yerləşdiyi məkanı müəyyən etsin və operativ şəkildə MediClub klinikasının həkim briqadasını yönləndirsin; məsələlərin operativ həlli üçün 24/7 fəaliyyət göstərən konsultativ-dispetçer xidməti; proqramın hissəli ödənişlə əldə olunması imkanı. Yenilənmiş və genişləndirilmiş «AİLƏ+» və «Özəl+» proqramları sadəcə tibbi sığorta deyil. Bu, maliyyə təhlükəsizliyini, xəstəliklərin profilaktikasını, tibbi yardıma sürətli çıxışı və müasir rəqəmsal həlləri birləşdirən yeni nəsil qorunma səviyyəsidir və sağlamlığın qayğısına qalmağı daha sadə, daha sürətli və daha effektiv edir. Son xəbərlər Kripto valyutalar “Strategy” dörd ildən sonra ilk dəfə 2,5 milyon dollarlıq “Bitcoin” satıb 02/06/2026 Yerli biznes xəbərləri Azərbaycanın çiyələk ixracından gəliri 5 dəfə artıb 02/06/2026 Kapital bazarı “Assist Finance İnvestisiya Şirkəti”nin xalis mənfəəti 57% azalıb 02/06/2026 Ölkə daxili Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq 02/06/2026 Digər xəbərlər Kripto valyutalar “Strategy” dörd ildən sonra ilk dəfə 2,5 milyon dollarlıq “Bitcoin” satıb 02/06/2026 Yerli biznes xəbərləri Azərbaycanın çiyələk ixracından gəliri 5 dəfə artıb 02/06/2026 Kapital bazarı “Assist Finance İnvestisiya Şirkəti”nin xalis mənfəəti 57% azalıb 02/06/2026 Ölkə daxili Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq 02/06/2026