“Assist Finance İnvestisiya Şirkəti”nin xalis mənfəəti 57% azalıb Kapital bazarı 02/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Assist Finance İnvestisiya Şirkəti” ASC 2025-ci ili 300 min manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 57.1% azdır. Vergidən əvvəlki mənfəət isə 57.3% azalaraq 374 min manat təşkil edib. Banker.az xəbər verir ki, mənfəətdəki azalma əsasən gəlirlərin azalması ilə bağlı olub. Şirkətin əməliyyat gəlirləri illik müqayisədə 53.7% azalaraq 1 mln. manata düşüb. Eyni zamanda əməliyyat xərcləri 24.0% azalaraq 727 min manat olub. İlin sonuna bölüşdürülməmiş mənfəət 952 min manata çatıb ki, bu da 2.1% artım deməkdir. Şirkət 2025-ci ildə 280 min manat, 2024-cü ildə isə 608 min manat dividend ödəyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Cəmi gəlirlərin əsas hissəsi investisiya və maliyyə əməliyyatlarından formalaşıb. Faiz gəlirləri 457.7% artaraq 145 min manata yüksəlib, faiz xərcləri isə 88.9% azalaraq 39 min manata enib. İşçi heyəti ilə bağlı xərclər 17.7% artaraq 332 min manat olsa da, komissiya xərcləri 33.9%, digər əməliyyat xərcləri isə 52.8% azalıb. 2025-ci ilin sonuna şirkətin cəmi öhdəlikləri 96.5% azalaraq 268 min manata düşüb. Öhdəliklərin əsas hissəsini müştərilərə ödəniləcək vəsaitlər (122 min manat) və lizinq öhdəlikləri (96 min manat) təşkil edib. Cəmi aktivlər 82.2% azalaraq 1.62 mln. manata, cəmi kapital isə 1.5% artaraq 1.35 mln. manata çatıb. Xatırladaq ki, “Assist Finance İnvestisiya Şirkəti” 2018-ci ildən fəaliyyət göstərən “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin hüquqi varisidir. Bu maliyyə qurumunu bir qədər əvvəl bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC yaradıb, sonradan onu investisiya şirkətinin keçmiş direktoru Ruslan Cəfərova satıb. Son xəbərlər Kripto valyutalar “Strategy” dörd ildən sonra ilk dəfə 2,5 milyon dollarlıq “Bitcoin” satıb 02/06/2026 Sığorta xəbərləri A-Qroup tərəfindən rəqəmsal dəstək 02/06/2026 Yerli biznes xəbərləri Azərbaycanın çiyələk ixracından gəliri 5 dəfə artıb 02/06/2026 Ölkə daxili Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq 02/06/2026 Digər xəbərlər Kripto valyutalar “Strategy” dörd ildən sonra ilk dəfə 2,5 milyon dollarlıq “Bitcoin” satıb 02/06/2026 Sığorta xəbərləri A-Qroup tərəfindən rəqəmsal dəstək 02/06/2026 Yerli biznes xəbərləri Azərbaycanın çiyələk ixracından gəliri 5 dəfə artıb 02/06/2026 Ölkə daxili Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq 02/06/2026