İsrailin silah ixracı yeni tarixi maksimuma çatıb Ölkə xarici 02/06/2026 Paylaş FacebookXWhatsAppTelegram İsrailin silah ixracı 2025-ci ildə 19 milyard ABŞ dollarını ötərək yeni tarixi maksimuma çatıb. Bu barədə “The Times of Israel” qəzeti ölkənin Müdafiə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bildirilib ki, müdafiə ixracının həcmi 19,2 milyard ABŞ dolları təşkil edb. Bu da əvvəlki illə müqayisədə demək olar ki, 30 % çoxdur. Artımı ilk növbədə raket silahlarının, hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinin tədarükü təmin edib. Qəzet vurğulayıb ki, İsrail artıq ardıcıl beşinci ildir ki, rekord göstəricini yeniləyir: son 5 il ərzində hərbi təyinatlı məhsulların ixracı 2 dəfədən çox, 10 il ərzində isə 4 dəfə artıb. İxrac müqavilələrinin ən böyük payını – 29 %-ni raket kompleksləri, reaktiv sistemlər və hava hücumundan müdafiə vasitələri təşkil edib. Bundan əlavə, nazirlik müşahidə sistemlərinə və s. tələbatın əhəmiyyətli dərəcədə artdığını qeyd edib. İsrail dünyanın ən böyük silah ixracatçıları sırasına daxildir. Rekord göstəricilər ölkənin 2023-cü ilin oktyabrından Qəzza zolağı, Livan və İranla qarşıdurma da daxil olmaqla bir neçə istiqamətdə apardığı hərbi əməliyyatlar fonunda qeydə alınıb. MənbəREPORT Taglarİsrailsilah ixracı Son xəbərlər Ölkə daxili Xaricdən məhsul sifariş edənlər üçün qaydalar dəyişdi 02/06/2026 Ölkə daxili Bu ərazidə 2 gün su olmayacaq 02/06/2026 Ölkə xarici Ermənistan Bakı-Tbilisi-Qars layihəsinə qoşula bilər 02/06/2026 Ölkə xarici İranda inflyasiya 1942-ci ildən bəri ən yüksək həddə çatıb 02/06/2026 Digər xəbərlər Ölkə daxili Xaricdən məhsul sifariş edənlər üçün qaydalar dəyişdi 02/06/2026 Ölkə daxili Bu ərazidə 2 gün su olmayacaq 02/06/2026 Ölkə xarici Ermənistan Bakı-Tbilisi-Qars layihəsinə qoşula bilər 02/06/2026 Ölkə xarici İranda inflyasiya 1942-ci ildən bəri ən yüksək həddə çatıb 02/06/2026