XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər Ümumi iqtisadi xəbərlər 03/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Abu-Dabi Milli Neft Şirkətinin (ADNOC) beynəlxalq investisiya bölməsi olan XRG hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə həm respublika ərazisində, həm də beynəlxalq səviyyədə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini öyrənir. Bu barədə XRG-dəki məlumatlı mənbə bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Biz, demək olar ki, həm Azərbaycanda, həm də digər regionlarda birgə iş perspektivlərini təhlil edirik. SOCAR ilə münasibətlərimiz çox yüksək səviyyədədir. Bununla əlaqədar ölkə xaricində əhəmiyyətli imkanlar yaranacağı halda, çox güman ki, etibarlı tərəfdaşlar kimi birgə investisiya qoyuluşu həyata keçirəcəyik. Daxili layihələrə gəlincə, hazırda bir sıra sövdələşmələr qiymətləndirmə mərhələsindədir. Qısamüddətli perspektivdə əsas vəzifəmiz Azərbaycandakı mövcudluğumuzu genişləndirmək və ölkə iqtisadiyyatına investisiya qoyuluşunu artırmaqdır. Sövdələşmələrlə bağlı irəliləyiş var və onların uğurlu olacağına ümid edirik”, – mənbə bildirib. Mənbə qeyd edib ki, XRG Azərbaycan İqtisadiyyat Nazirliyindən “Cənub Qaz Dəhlizi” QSC-dəki 12,5 %-lik payın alınması prosedurunun 2026-cı ilin sentyabrına qədər başa çatdırılacağına ümid edir. MənbəReport TaglarSOCARXRG Son xəbərlər Ümumi iqtisadi xəbərlər MİDA-dan Sarayda yeni layihə: 2.5 milyon manatlıq bağça tikiləcək 03/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan 3 ölkə ilə “e-Permit” mübadiləsinə başlayıb 03/06/2026 Ölkə daxili Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir 03/06/2026 Ölkə daxili Azərbaycanda yeni fond yaradılacaq 03/06/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər MİDA-dan Sarayda yeni layihə: 2.5 milyon manatlıq bağça tikiləcək 03/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan 3 ölkə ilə “e-Permit” mübadiləsinə başlayıb 03/06/2026 Ölkə daxili Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir 03/06/2026 Ölkə daxili Azərbaycanda yeni fond yaradılacaq 03/06/2026