Azərbaycan 3 ölkə ilə “e-Permit” mübadiləsinə başlayıb Ümumi iqtisadi xəbərlər 03/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Türkiyə, Qırğızıstan və Özbəkistanla “e-Permit” mübadiləsinə başlayıb. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin Beynəlxalq nəqliyyat əməliyyatları sektorunun müdiri Aytən Turabova Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, bu gün beynəlxalq təşkilatlar çərçivəsində də nəqliyyat sektorunun rəqəmsallaşdırılması istiqamətində ardıcıl işlər aparılır: “BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) çərçivəsində elektron əmtəə-nəqliyyat qaiməsi (e-CMR) sisteminin tətbiqi həyata keçirilir. Layihə Türkiyə və Rusiya ilə əməkdaşlıq əsasında davam etdirilir”. A.Turabova qeyd edib ki, bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində elektron icazə blankı (e-Permit) sisteminin tətbiqi üzrə işlər görülür. Azərbaycan artıq Türkiyə, Qırğızıstan və Özbəkistanla elektron icazələrin mübadiləsinə başlayıb. Hazırda Qazaxıstanla da e-Permit sisteminin tətbiqi istiqamətində danışıqlar aparılır”. MənbəReport Taglare-Permit Son xəbərlər Ümumi iqtisadi xəbərlər MİDA-dan Sarayda yeni layihə: 2.5 milyon manatlıq bağça tikiləcək 03/06/2026 Ümumi iqtisadi xəbərlər XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər 03/06/2026 Ölkə daxili Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir 03/06/2026 Ölkə daxili Azərbaycanda yeni fond yaradılacaq 03/06/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər MİDA-dan Sarayda yeni layihə: 2.5 milyon manatlıq bağça tikiləcək 03/06/2026 Ümumi iqtisadi xəbərlər XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər 03/06/2026 Ölkə daxili Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir 03/06/2026 Ölkə daxili Azərbaycanda yeni fond yaradılacaq 03/06/2026