Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir Ölkə daxili 03/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Məcburi köçkün statusunun qanunvericilik çərçivəsində yenidən tənzimlənməsinə dair daha bir hal müəyyənləşir. Banker.az xəbər verir ki, bu, Milli Məclisinin Əmək və sosial siyasət və İnsan hüquqları komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qüvvədə olan qanunvericiliyə görə, məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, eyni zamanda dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə statusunu itirir. Layihəyə əsasən, vətəndaş yuxarıda qeyd edilən yaşayış yerlərindən imtina etdikdə də bu statusunu itirəcək. Keçid müddəasına əsasən, bu qanun qüvvəyə mindiyi tarixədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlərin məcburi köçkün statusu bu Qanun qüvvəyə mindiyi tarixdən itirilir. Yeni təklifə əsasən şəxs yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvvəlki yaşayış yerinin əvəzinə təmin ediləcək, bununla da dövlət tərəfindən yeni yaşayış sahəsinin verilməsi vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcək. Son xəbərlər Ümumi iqtisadi xəbərlər MİDA-dan Sarayda yeni layihə: 2.5 milyon manatlıq bağça tikiləcək 03/06/2026 Ümumi iqtisadi xəbərlər XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər 03/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan 3 ölkə ilə “e-Permit” mübadiləsinə başlayıb 03/06/2026 Ölkə daxili Azərbaycanda yeni fond yaradılacaq 03/06/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər MİDA-dan Sarayda yeni layihə: 2.5 milyon manatlıq bağça tikiləcək 03/06/2026 Ümumi iqtisadi xəbərlər XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər 03/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan 3 ölkə ilə “e-Permit” mübadiləsinə başlayıb 03/06/2026 Ölkə daxili Azərbaycanda yeni fond yaradılacaq 03/06/2026