ABB Invest-dən bir ilk: YouTube-da yeni “InvestTube” investisiya maarifləndirmə platforması təqdim olundu! İnvestisiya 03/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Ölkənin aparıcı investisiya şirkətlərindən olan “ABB Invest” Azərbaycanda maliyyə savadlılığının artırılması və investisiya mədəniyyətinin formalaşdırılması istiqamətində növbəti innovativ layihəsini təqdim edir. YouTube platformasında fəaliyyətə başlayan “InvestTube” kanalı pərakəndə investorlar üçün əsas maarifləndirmə resursuna çevrilməsi hədəflənir. Rəqəmsal gələcəyə addım⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “ABB Invest” müasir rəqəmsal trendləri rəhbər tutaraq, investorlarla ünsiyyəti video-məzmun vasitəsilə qurmağa üstünlük verir. Bu platforma maliyyə azadlığına can atan, lakin haradan başlayacağını bilməyən hər kəs üçün etibarlı bir video bələdçi rolunu oynayacaq. ABB Invest-in əsas prioritetlərindən biri müasir rəqəmsal kanallar vasitəsilə maliyyə və investisiya biliklərinin daha geniş auditoriyaya çatdırılması və investisiya imkanları barədə məlumatlılığın artırılmasıdır. Layihənin əsas məqsədi nədir? “InvestTube” platformasının yaradılmasında məqsəd mürəkkəb maliyyə bazarlarını, səhmlər, istiqrazlar və digər investisiya alətlərini hər kəs üçün anlaşılan, sadə və əlçatan dildə izah etməkdir. Platforma həm yeni başlayan həvəskarlar, həm də peşəkar investorlar üçün faydalı video-məzmunlar təqdim edəcək. “InvestTube” kanalında yayımlanacaq maarifləndirici video məzmunlar vasitəsilə izləyicilər investisiya sahəsində əsas anlayışları öyrənmək, bazar tendensiyalarını izləmək və maliyyə qərarlarının qəbulunda faydalı məlumatlar əldə etmək imkanı qazanacaqlar. “İnvestisiya etmək artıq çətin və əlçatmaz deyil. “InvestTube” ilə biz maliyyə dünyasının terminlərini və onların izahını hər bir vətəndaşın smartfonuna, kompüterinə və digər rəqəmsal cihazına gətiririk.” “InvesTube” kanalında izləyiciləri nələr gözləyir? Sadə Dildə İnvestisiya: Maliyyə və investisiya terminlərinin və capital bazarı mexanizmlərinin “A-dan Z-yə” izahı. Praktiki Təlimatlar: Qiymətli kağızların alınması, risklərin idarə olunması və portfel yaradılması barədə addım-addım bələdçilər. “InvesTube” kanalına abunə olmaq və ilk videoları izləmək üçün keçid edin: https://www.youtube.com/@investtube_az Əlaqə və Ətraflı Məlumat: E-poçt: [email protected] Telefon: *3773 / (+994 12) 525 23 47 Veb-sayt: www.abbinvest.az TaglarABB-İnvestİnvestisiyaInvestTube Son xəbərlər Ümumi iqtisadi xəbərlər MİDA-dan Sarayda yeni layihə: 2.5 milyon manatlıq bağça tikiləcək 03/06/2026 Ümumi iqtisadi xəbərlər XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər 03/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan 3 ölkə ilə “e-Permit” mübadiləsinə başlayıb 03/06/2026 Ölkə daxili Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir 03/06/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər MİDA-dan Sarayda yeni layihə: 2.5 milyon manatlıq bağça tikiləcək 03/06/2026 Ümumi iqtisadi xəbərlər XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər 03/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan 3 ölkə ilə “e-Permit” mübadiləsinə başlayıb 03/06/2026 Ölkə daxili Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir 03/06/2026