İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib Ölkə daxili 03/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib. Banker.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verdi.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Yeni bina paytaxtın Heydər Əliyev prospektində yerləşir. Müasir şəhərsalma prinsiplərinə uyğun inşa edilmiş bina yüksək funksionallığa və qabaqcıl texnoloji göstəricilərə malikdir. Prezident İlham Əliyev milli pul nişanlarının konseptual yanaşmasının, dizayn xüsusiyyətlərinin və texnoloji inkişaf xəttinin müasir təqdimat üsulları ilə nümayiş olunduğu sərgiyə baxdı. Bildirildi ki, sərgidə milli pul nişanlarının tarixi, inkişaf mərhələləri, dizayn və mühafizə elementləri əks olunub. Bina 35 mərtəbədən ibarətdir, burada ümumilikdə 1300 nəfərlik iş sahəsi, konfrans və mətbuat zalları, müxtəlif təlim və toplantı otaqları var. Yeni binanın layihələndirilməsi zamanı əlçatanlıq və inklüzivlik prinsiplərinə xüsusi diqqət yetirilib, fiziki məhdudiyyətli şəxslərin binaya rahat və təhlükəsiz şəkildə girişinin, həmçinin sərbəst hərəkətinin təmin edilməsinə imkan verən infrastruktur yaradılıb. Binada rəsmi görüş və toplantılar üçün 25 otaq nəzərdə tutulur. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Son xəbərlər Ümumi iqtisadi xəbərlər MİDA-dan Sarayda yeni layihə: 2.5 milyon manatlıq bağça tikiləcək 03/06/2026 Ümumi iqtisadi xəbərlər XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər 03/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan 3 ölkə ilə “e-Permit” mübadiləsinə başlayıb 03/06/2026 Ölkə daxili Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir 03/06/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər MİDA-dan Sarayda yeni layihə: 2.5 milyon manatlıq bağça tikiləcək 03/06/2026 Ümumi iqtisadi xəbərlər XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər 03/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan 3 ölkə ilə “e-Permit” mübadiləsinə başlayıb 03/06/2026 Ölkə daxili Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir 03/06/2026